0702133333

0702133333

İstehlak vasitələri bazarı: problemlər və perspektivlər
Kateqoria: iqtisadiyyat
Dil: Azərbaycan
Müəllif: T.İ. İmanov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2008
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Hazır məhsulun satış forması hesab edilən icarə münasibətlərinin lizinq formasının istehsal vasitələri bazarının idarəedilməsində yeri və rolu, elmi dəlillər və faktiki materiallarla əsaslandırılmışdır. Müəllif lizinq xidməti bazarının inkişafını əngəlləyən bütün sosial-iqtisadi və texnoloji amilləri təyin etməklə respublikanın sənaye potensialının gücləndirilməsi və istehsal vasitələri bazarının zənginləşməsində bu bazarın iqtisadi əhəmiyyətini müəyyənləşdirə bilmişdir.

Daha çox tənzimlənməyə meylli olan istehsal vasitələri bazarının inkişaf istiqamətlərindən birini təşkil edən dövlət tənzimləməsi mexanizmini işləyib hazırlamaq, bu sahədə dövlətin qarşısında duran vəzifələri müəyyənləşdirmək, daha doğrusu, istehsal vasitələri bazarının inkişafını proqnozlaşdırmaq üçün müəllif «Azərbaycanda istehsal vasitələri bazarının inkişafının prioritet istiqamətləri» adlı fəsillə özünün monoqrafiyasına yekun vurmuşdur. Tədqiqatçı əvvəlki fəsillərin məntiqi yekunu kimi respublikamızda sözügedən bazarın inkişaf etdirilməsi üçün hansı tədbirlər sisteminin işlənib hazırlanması və reallaşdırılması yollarını göstərmiş və konkret təkliflər vermişdir.

Ümumiyyətlə, oxunaqlığı ilə seçilən bu monoqrafiya iqtisad elminə, xüsusilə marketinq və logistika sahəsinin alim və tədqiqatçılarına əvəzsiz bir töhvədir.