0702133333

0702133333

İQTİSADİ RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
Kateqoria: iqtisadiyyat
Dil: Azərbaycan
Müəllif: İbrahim Quliyev
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2011
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Dərslikdə iqtisadi risklərin mahiyyəti, növləri, yaranma mənbələri və funksiyaları barədə geniş nəzəri məlumatlar verilmişdir. Risklərin yaranması səbəblərindən biri olaraq qeyri-müəyyənliyin ekzogen və endogen amilləri araşdırılmış, eləcə də risklərin azaldılmasının ümumi metodları şərh edilmişdir.

Risklərin iqtisadi fəaliyyətin qaçılmaz elementi olmasını nəzərə alaraq dərslikdə maliyyə, investisiya, kommersiya və bazar risklərinin qiymətləndirilməsinin praktiki aspektlərinə xüsusi diqqət yetirilmişdir. Burada risklərin müxtəlif səviyyələrində təsərrüfat subyektlərinin davranış modelləri, eyni zamanda risk dərəcələrinin müəyyən edilməsinin ı iyazi-statistik metodları öyrənilmişdir. Risk şəraitində davranış modellərinin fərqliliyini nəzərə alaraq risklərin idarə edilməsində şəxsiyyət amilinin rolu araşdırılmışdır. Nəticə etibarilə, dərslikdə iqtisadi risklərin müxtəlif növlərinin qiymətləndirilməsi və idarə edilməsi üzrə zəruri, nəzəri və təcrübi biliklər öz əksini tapmışdır.

Dərslik iqtisad profilli ali və orta ixtisas məktəblərinin tələbələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin rəhbərləri və menecerləri üçün dəyərli yardımçı vasitə ola bilər.