0702133333

0702133333

Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi
Kateqoria: iqtisadiyyat
Dil: Azərbaycan
Müəllif: L.Q. Xodov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2008
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 1111
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

"Vergilər və vergitutma" tədris kursu dövlət standartlarına uyğun olaraq bir sıra iqtisad, mühəndis-iqtisad, sosial və hüquq ixtisaslı orta və ali tədris müəssisələrinin icbari fənlərindən hesab olunur. Bu fənn bir çox institut və universitetlərdə seçimdən asılı olaraq fakültativ və ya xüsusi kurs kimi tədris olunur.

Məlum olduğu kimi, bazar iqtisadiyyatında vergilər fiskal və sosial funksiyalarla yanaşı, həm də dövlətin tənzimləyici vasitəsi rolunu oynayır.

Təklif olunan dərs vəsaitinin 2 məqsədi var:

-birincisi, vergi sistemi, vergilərin növləri və funksiyaları, vergi hüququnun əsas elementləri, vergi güzəştləri və vergi planlaşdırılınası barədə sadə formada sistemli təsəvvürin verilməsi;

- ikincisi, vergilərin, onların növlərinin və dərəcələrinin dəyişməsi vasitəsi ilə təkrar istehsalın əsas parametrlərinə dövlət təsirinin mexanizminin, iqtisadi artım məqsədi ilə vergi güzəştləri təcrübələrinin, iqtisadi artnn məqsədilə istehsal güzəştlərinin ehtiyatlarının, istehsal kapitalı və onun yeniləşdirilməsi ehtiyatlarının, təsərrüfət strukturlarının təkmilləşdirilməsinin və xarici iqtisadi vəziyyətin gücləndirilməsinin nəzərdən keçirilməsi.

Dərslikdə, ölkə dərslik ədəbiyyatında nisbətən az işıqlandırılmış mövzulara, xüsusilə, əsas kapitalın sürətli amortizasiya silinmələri, gizli ehtiyatların realaşdırılnıası və firmaların pensiya fondlarının istifadəsi kimi dövlətin iqtisadiyyatı tənzimləməsinin mühüm formaları barədə mövzulara əhəmiyyətli diqqət yetirlmişdir. Vergilər üzrə Rusiya və sovet dərsliklərində ilk dəfə olaraq təklif olunan vəsaitdə dini vergilər nəzərdən keçirilmişdir.

Əsas məsələlər nəzəri səviyyədə şərh edilərək dünya və Rusiya təcrübəsindən misalarla izah edilmişdir. Fənin öyrənilməsinin asanlaşdırılması üçün hər fəsildən sonra nəticələr, terminlər, anlayışlar və özünü yoxlamaq üçün suallar əks etdirilmişdir.

Kitab tələbələr, nəzəri və konkret iqtisadiyyat sahəsində müəyyən hazırlığa malik olan və öz biliyini dərinləşdirmək istəyən şəxslər, habelə iqtisadiyyatın dövlət tənzimlənməsi, vergi tənzimlənməsi və vergi planlaşdırılması məsələləri ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Mətinlərdə aşağıdakı ixtisarlardan istifadə edilmişdir:

İDT - İqtisadiyyatın dövlət tənzimlənməsi

DİS - Dövlətin iqtisadi siyasəti

ƏDV - Əlavə dəyər vergisi

İƏİT - İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı

ÜTT - Ümünıdünya ticarət təşkilatı

Müəllif, bu dərs vəsaitinin hazırlanması üçün yaradılmış şəraitə görə Almaniya akademik mübadilə xidmətinə minnətdarlıq edir.