Kateqoria: | hüquq |
Dil: | Azərbaycan |
Müəllif: | Y.N. Balakişiyeva, İ.R. Rəfibəyli |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2003 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Vergi və vergi hüququ problemlərinin öyrənilməsi və tədqiqinə müstəqillik illərində respublikamızda diqqət əhəmiyyətli dərəcədə artmışdır. 1998-ci ildə hələ Vergi Məcəlləsi qəbul edilənə qədər TACİS Proqramı çərçivəsində rus dilində moskvalı alimləri cəlb etməklə «Azərbaycan Respublikasında vergi hüququnun əsasları» (S.Q.Pepelyayev və N.A.Səfərovun redaktorluğu ilə) adlı 4 kitab (343 səhifəlik) hazırlanmışdır. Bu baxımdan son illərdə nəşr edilmiş iki kitabı xüsusilə qeyd etıııək lazımdır: 1. F. Ə. Məmməd ov, A.F.Musayev. M.M.Sadıqov, Z.H.Rzayev. Y.A.Kəlbivev. Vergitutmanın nəzəri və metodoloci əsasları. Dərslik. Bakı. 2001: 2. A.F.Musayev. Y.A.Kəlbivev, A.A.Hüseynov. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr, Bakı - 2002.
Bunlar onu göstərir ki, ölkəmizdə vergi sistemi intensiv şəkildə dərk edilməyə və əsaslandırılmağa başlamışdır. Məlum obyektiv səbəblərlə əlaqədar olaraq vergi hüququ bir elm kimi respublikamızda hələ yaranına mərhələsindədir. Bu sahədə azərbaycan dilində ədəbiyyat yoxdur və mütəxəssislər isə yalnız indi hazırlanmağa başlanmışlar. Dövlət vergi xidmətində işləyənlərin və çoxsaylı vergi ödəyicilərinin vergi qanunvericiliyi və digər hüquq normalarım dərindən bilmələri olduqca vacibdir.
Bütün bunları nəzərə alaraq müəlliflər Avrasiya Fondunun qrantı əsasında «Vergi hüququ» adlı dərslik hazırlamışlar. Müəlliflər dərsliyi yazarkən öz fikirlərini şərh etməklə yanaşı, bu sahədə respublikamızda və xaricdə yazılanları ümumiləşdirmiş, normativ sənədləri təhlil etmiş. dünya dövlətlərinin, hər şeydən əvvəl Rusiya və Türkiyənin təcrübəsindən, dərslik və elmi publikasiyalarıııdau geniş istifadə etmişlər.