Kateqoria: | iqtisadiyyat |
Dil: | Azərbaycan |
Müəllif: | T.Ə. Quliyev, Ə.T. Məmmədov |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2007 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil olan bakalavrlar, iqtisadçılar, mütəxəssislər və müəllimlər üçün nəzərdə tutulmuşdur.
Əməyin, əmək fəaliyyətinin, insan resurslarının iqtsiadi problemlərinin sistemli, kompleks öyrənilməsi müasir dövrün başlıca tələbidir. Əməyin səmərəli və gəlirli nəticə əldə etmə problemi birinci növbədə insan potensialı, onun yaradıcı imkanları ilə şərtləşir. Bunu insan iqtisadiyyatı adlandırmaq olar. Bazar münasibətləri şəraitində demoqrafik proseslərin, miqrasiyanın, insanın inkiaşfı, sosial-əmək münasibətləri, əmək bazarı, məşğulluq, həyat səviyyəsi, həyat tərzi və həyat dəyəri problenilərnin kəskinləşməsi, insan iqtisadiyyatını hər hansı bir iqtisadiyyat sferasından ön plana keçirir.
Müasir elmi - texniki tərəqqi və bazar münasibətləri şəraitində firmadaxili planların tərtib edilməsində, istehsal daxili ehtiyatların elmi əsaslar üzrə təhlil və istifadə olunmasında iqtisad elmi qarşısında çox ciddi vəzifələr durur. Ona görə də, başqa iqtisadi problemlərlə yanaşı əməyin, iqtisadiyyatından irəli gələn ən ümdə məsələlərin öyrənilməsi ön plana keçməkdədir.
Yeni münasibətlər sistemi insana sosial-iqtisadi inkişafın əsas, zəruri şərti kimi yanaşmağı, onun potensial imkanlarından daha səmərəli istifadə etməyi tələb edir. Bu özünü hər bir sfera və prosesalərdə göstərməlidir: insan kapitalının reallaşmasında iqtisadi, sosial-əmək, təşkilati, idarəçilik, siyasi, psixoloji, etnik amillər və onların formalaşdığı mühit də aparıcı əhəmiyyətə malikdir. Lakin sistemli iqtisadi təfəkkür, məqsədyönlü fəaliyyət insana, iqtisadi fəal əhaliyə xas olduğuna görə iqtisadi nəticələr birinci növbədə əmək və əmək resurslarına istinad edir, onun fəallığı səviyyəsi ilə şərtlənir. İnsan da digər resurslar kimi səmərəli və keyfiyyətli olmalıdır, daima təkmilləşməlidir. Təkmil, kamil insan ölkənin ən qiymətli sərvəti, millətin şərəf və iftixar simvoludur.