Kateqoria: | kimya |
Dil: | Azərbaycan |
Müəllif: | Məlahət Bağıyeva |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2007 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Radiasiya kimyası öz mövcudluğu üçün nüvə fizikasına borcludur. XX əsrdə nüvənin verdiyi çox böyük enerji demək olar ki, bütün elm sahələrinin – fizika və kimyadan başlamış sosiologiya və iqtisadiyyata qədər – tədqiqat obyektinə çevrildi. Fizika və kimyanın vəzifəsi iki elmin qovuşuğundakı hadisələrin öyrənilməsi zamanı haçalandı. Fiziklər radiasiyadan müdafiə axtarışlarında kimyaçıları yalnız köməkçi kimi qəbul edirdilər. Kimyaçılara isə radiasiya kimyəvi reaksiyaların gedişində enerji kimi lazım idi. Beləliklə də ′′şüalanmadan müdafiə′′ tezisini ′′şüalanmadan istifadə′′ antitezisinə çevirən radiasiya kimyası tətbiqi elmdən kimyanın tamhüquqlu bölməsinə kimi böyük təkamül yolu keçdi.
Hazırda kimyəvi reaksiyaların gedişində istifadə olunan enerjidən asılı olaraq kimya aşağıdakı bölmələrə ayrılır:
- termokimya (istilik enerjisi)
- elektrokimya (elektrik enerjisi)
- fotokimya (atom enerjisi)
- radiasiya kimyası (atom nüvəsinin enerjisi)
8Radiasiya kimyası şüalanmanın maddələrə təsiri və ondakı çevrilmələri öyrənən elmdir.