Kateqoria: | Fəlsəfə |
Dil: | Azərbaycan |
Müəllif: | Friedrich Nietzsche |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2009 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Bu əsər dünya fəlsəfi fikrinin zehinlərdə dərin iz buraxan on kitabından biri sayılır. Dahi mütəfəkkir Fridrix Nitsşenin qədim şərq müdriki Zərdüştün həyatına və düşüncələrinə həsr olunmuş əsəri həyat və qüdrətli zəka qəhrəmanları haqqında ən kədərli epopeyalardan biridir.
Burada poetik əzəmət, dərin fikir, mənalı rəmz, hər cür tiranlıq və saxtakarlığın amansız ifşası çox qəribə şəkildə bir-biri ilə çulğalanmışdır.Nitsşe özü bu əsər barədə belə yazır: "Bu ya poeziya, ya beşinci İncil, ya da nəsə hələ adı olmayan bir şeydir; bu, mənim əsərlərimin ən ciddisi, ən uğurlusudur".
Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu vətənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu - bir sabah şəfəqlə birgə oyandı,üzünü günəşə tutub belə dedi:“Ulu ulduz! Əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasərmənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığındandoyar, təngə gələr və bu yol səni bezdirərdi. Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik.Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır,mənə sarı uzadılmış əllər.Ağıllı insanlar ağılsızlıqları, kasıblar isə zənginlikləri ilə yenidən fərəhlənənədək bölüşmək və pay verməkistəyirəm