0702133333

0702133333

Yunus Əmrə Sufizm
Kateqoria: Fəlsəfə
Dil: Azərbaycan
Müəllif: Rakim Zeydullazade
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2017
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Sufizm. Yunus İmrə.(1240-1320) Sufizmin tarixinə və mahiyyətinə dair. “Sufizm və ya təsəvvüf” mahiyyət etibarilə eyni mənanı ifadə edən anlayışlardır. Eyni inanc sistemini ifadə etmək üçün her iki termindən paralel şəkildə istifadə olunur. Sufizm orta əsrlərdə islam aləmində geniş yayılmış dini-fəlsəfi mistik mənəvi-əxlaqi düşüncə və davranış sistemidir. Termin kimi bunun mənşəyi və mahiyyəti barədə çeşidli yozumlar mövcuddur. Türk alimi N.S.Baharlı həmin fikirləri bu şəkildə xülasə edir: 1.”Sufi” sözü ərəbcə “yun” və ya “qaba yundan hazırlanmış parça” mənasını verən “suf”,”sof” sözündəndir.”Sufi” isə həmin parçadan paltar geyən adama deyilir.İlk sufilər həm zənginlikdən uzaq sadə bir həyat yaşadıqlarını bildirmək,həm də başqalarından fərqlədiklərini, ayrıca bir qrup olduqlarını göstərmək üçün yun xirqə və ya paltar geyərdilər.Bəzi peyğəmbərlərin o cümlədən Məhəmməd(s.ə.s)peyğəmbərin və onun bir çox əshabələrinin də bu cür paltar geyindikləri barədə məlumatlar var.Görkəmli din adamı Həsən Bəsri Bədr döyüşündəki qazilərdən 70-dən çoxu yun geyim geydiklərini öz gözləri ilə gördüyünü söyləyir.