Kateqoria: | Fəlsəfə |
Dil: | Azərbaycan |
Müəllif: | Nicat Həşimzadə |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2020 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Xalqlar böyük şəxsiyyətləri ilə tanınır. Düzdür, ingilislərin məntiqi ilə düşünsək sivil xalqların qəhrəmana ehtiyacı olmamalıdır. İngilislər deyir ki, qəhrəmana ehtiyacı olan xalq bədbəxtdir. Məncə mübahisəli məsələdir. Həqiqətsə budur ki, belə böyük şəxsiyyətlərdən biri Mustafa Kamal Atatürkdür. Mustafa Kamal Atatürk “mümkün deyil” fəlsəfəsini tamamilə darmadağın edən bir paşadır. O insanlara böyük şəxsiyyət deyirlər ki, yüz minlərin, milyonların imkansız saydığını heç gözlənilməyən məqamda bacarır, öhdəsindən gəlir. Atatürkün ən sevdiyim sözlərindən biri budur:
Başqasının torpağını işğal etmək üçün edilən savaş cinayətdir.
Mustafa Kamal böyük bir qəhrəman, cəsarətli bir zabit idi. Döyüş taktikasını, hücum və müdafiə planlarını çox mükəmməl düşünən paşa idi. Fəqət biz onu sadəcə döyüşçü kimi tanımamalıyıq. Şəxsən mənim üçün Mustafa Kamal Atatürk həm də bir sənət hamisidir. Öz ölkəsinə Avropa mədəniyyətini, Qərb təfəkkürünü gətirmək istəyirdi. Əlbəttə ki, bunu etmək çox çətin idi. Əsrlərlə fanatik düşüncəyə vərdiş etmiş topluma modern təfəkkürü belə sürətlə aşılamaq sadə məsələ deyil. Atatürkdən sevdiyim daha bir möhtəşəm aforizm.