Kateqoria: | Fəlsəfə |
Dil: | Azərbaycan |
Müəllif: | Əsmət İsmayılxanova |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
“Əxlaqi-mənəvi dəyərlər” dünyanın hər bir xalqına məxus olan əxlaq normalarının məcmuyidir. Hər bir xalqın özünəməxsus əxlaq normaları vardır. Lakin elə əxlaq normaları da vardır ki, onlar bütün bəşəriyyətə xasdır. Müxtəlif irqə mənsub olan, müxtəlif dillərdə danışan və müxtəlif dinə sitayiş edən insanların eyni əxlaq normalarına malik olması onların bir mənbədən qaynaqlandığını göstərir.
Əxlaq normaları–insanların davranış qaydalarının məcmuyidir. Bu davranış qaydaları insanların mənəviyyatını zənginləşdirdikdə dəyərə malik olur. Davranış qaydalarına müntəzəm olaraq əməl edən, onu göz-bəbəyi kimi qoruyub saxlayan və nəsildən-nəsilə ötürən millət özününküləşdirərək milliləşdirir. Əsirlər boyu yaşlı nəslin yaşatdığı və gənc nəslə ötürdüyü davranış qaydaları-davranış kodeksi “millimənəvi dəyərlər”-“əxlaqi-mənəvi dəyərlər” statusu alır. Özünəməxsus status almış bu davranış normalarını kim müəyyən etmişdir? Nə üçün bu qaydalar meydana gəlmişdir? Nə zamandan Yer üzündə davranış normaları müəyyən edilmişdir? Bütün bu sualların cavabını müqəddəs dini kitabımız olan Qurani Kərimdən oxumaq mümkündür. Belə ki, insanı Yaradan Tanrı onun davranış normalarını da müəyyən etmişdir. Yer üzündə insanın yarandığı dövrdən müasir dövrümüzə qədər olan bir vaxtda “əxlaqı-mənəvi dəyərlər” qorunub saxlanmış, nəsildən-nəslə ötürülmüşdür. Lakin müxtəlif xalqlar onu özünə xas olan tərzdə yaşatmışdır və milliləşdirmişdir. Nəinki insanlar, hətta bütün heyvanların həyat tərzini öyrəndikcə, aydın olur ki, onların da özünəməxsus davranış qaydaları vardır. “Əxlaqi-mənəvi dəyərlər” hər bir insanın həyatda tutduğu yoldur və bu yol əxlaq normalarından, cəmiyyət içərisindəki davranış qaydalarından, insanlar arasındakı münasibət formalarından ibarətdir. Bu dəyərlərin hər birinin mahiyyəti kitabda geniş şərh edilmişdir. Dərs vəsaiti pedaqoji universitetlərdə pedaqogika, milli əxlaq və ailə etikası fənnindən müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur. İnanırıq ki, kitabda verilmiş məsələlər geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.