Kateqoria: | Ensiklopediya |
Dil: | Azərbaycan |
Müəllif: | Yaqub Mahmudov |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2005 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Ensiklopediyada tarixi varislik prinsipinə əməl olunaraq, Azərbaycan Xalq Cümhuriyyətindən əvvəlki dövrdə dövlətçilik tarixinin ayrı-ayrı məsələlərinə, əhali və ərazi problemlərinə, çar Rusiyasının xüsusi məqsədlə həyata keçirdiyi inzibati-ərazi islahatları nəticəsində Azərbaycanın tarixi torpaqlarının bölüşdürülməsinə, o cümlədən Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq siyasətinə, Cənubi Qafqaz ərazisindəki quberniyalar və qəzaların tarixinə, ümumiyyətlə Cümhuriyyət tarixi ilə bağlı bir sıra başqa məsələlərə və tarixi şəxsiyyətlərə dair materiallara da müəyyən yer verilmişdir.
Cümhuriyyət tarixinin ayrı-ayrı məsələləri yaxın keçmişdə saxtalaşdırıldığından və qəsdən təhrif olunduğundan, həmçinin bu dövrün bir çox problemləri indiyədək lazımınca araşdırılmadığından ensiklopediyada verilən məqalələrin böyük əksəriyyəti tədqiqat xarakteri daşıyır və yeni elmi baxışı əks etdirir.Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Yeni Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir.