Kateqoria: | COĞRAFİYA |
Dil: | Azərbaycan |
Müəllif: | S.H.Rəhimov |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2002 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Beynəlxalq turizm nisbətən yeni fənn olduğundan, onun tədrisinə lazım olan və müasir tələblərə cavab verən dərslik, dərs vəsaitləri və b. köməkçi materiallar demək olar ki, yoxdur. Bunu nəzərə alan müəlliflər bu fənnə dair dərs vəsaitinin hazırlanmasını qarşılarına məqsəd qoydular. Azərbaycan dilində ilk dəfə hazırlanan, geniş və əhatəli olan bu vəsaitdən turizm və beynəlxalq turizm fənnlərini dinləyən bakalavr, magistr və turizm sahəsində çalışan mütəxəssislərlə yanaşı bu sahə ilə maraqlanan geniş oxucu kütləsi də istifadə edə bilər. Kitab girişdən və 20 fəsli özündə birləşdirən 3 hissədən ibarətdir. Girişdə turizmin mahiyyəti, həmçinin onu doğuran səbəblər araşdırılır. Birinci hissədə turizmin yaranma tarixindən, forma və növlərindən, beynəlxalq turizmin dünya iqtisadiyyatındakı rolundan, turizm və təbiətin mühafizəsi məsələlərindən, əsas beynəlxalq, regional və milli turizm təşkilatları barədə informatik materiallardan, dünya regionları üzrə turizmin müasir vəziyyəti və inkişaf пersпektivlərindən danışılır.
Ikinci hissədə materiklər və regionlar üzrə beynəlxalq turizmin vəziyyəti araşdırılır. Beynəlxalq turizm sənayesi güclü inkişaf etmiş 50-dən artıq dövlətin "Turizm пortreti" verilir. Sorğu xarakterli üçüncü hissədə isə turizmə dair normativ qanunverici aktlardan, beynəlxalq, regional və milli turist təşkilatların rus, ingilis və azərbaycan dillərində abbreviaturası, iqamətgahlarının harada yerləşməsindən və s. danışılır. Kitabın sonunda azərbaycan, rus və xarici dillərdə məsləhət bilinən geniş ədəbiyyat siyahısı verilmişdir.