0702133333

0702133333

GEOMORFOLOGİYA IV DÖVR ÇÖKÜNTÜSÜNÜN GEOLOGİYA
Kateqoria: COĞRAFİYA
Dil: Azərbaycan
Müəllif: Səmədov S.S
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2011
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası dərsliyi BDU Geologiya fakultəsinin Metodik Şurasında təsdiq edilmiş program əsasında yazılmışdır.Kitabın geomorfologiya hissəsində Yerin əsas relyef formalarının əmələgəlməsi və inkişafında geoloji-geomorfoloji proseslərin rolundan bəhs edilir. Burada relyefin formalaşmasından endogen və ekzogen proseslərin əlaqəsi ətraflı verilmişdir, Yerin planetar formaları, dağların, səhra və düzənliklərin, karst sahələrin, dəniz və okeanların morfologiyası geniş şərh edilmişdir.

Kitabda Dünya okeanı və dənizlərinin dibinin relyefi və orada gedən geomorfoloji proseslər öz əksini tapmış, dördüncü dövr buzlaşması, buzlaq çöküntüləri, onlarn əsas xüsusiyyətləri verilmişdir.

Dördüncü dövr (antropogen) sisteminin ümumi səciyyəsi, dördüncü dövr çöküntüləri, onların genetik təsnifatı və əsas xüsusiyyətləri ətraflı işıqlandırılmışdır. Azərbaycanın dördüncü dövr çöküntüləri və onlarla əlaqədar olan faydalı qazıntıları ayrı-ayrı rayonlar üzrə verilmişdir.

Kitabın yazılmasında yeni geomorfoloji tədqiqatların nəticələrinin, eləcə də Azərbaycan alimlərinin apardığı tədqiqatlardan geniş istifadə edilmişdir.