0702133333

0702133333

ORTA ŞƏRQ ÖLKƏSİNİN İQTİSADİ SOSİAL COĞRAFİYASI
Kateqoria: COĞRAFİYA
Dil: Azərbaycan
Müəllif: H.B.Soltanova
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2008
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Ana dilimizdə ilk dəfə çap olunan bu dərslikdə tələbələri vətənimizə həm coğrafi, həm də tarixi keçmiş baxımından çox yaxın olan ölkələr ilə yaxından tanış etmək məqsədi güdür. Üç hissədən ibarət olan kitabın birinci hissəsi Yaxın və Orta Şərq regionu barədə təbii, iqtisadi, tarixi məlumatlara həsr olunmuşdur. İkinci hissə Yaxın Şərq (16 dövlət), üçüncü hissə isə Orta Şərq dövlətlərinin (2 dövlət) icmalına həsr olunmuşdur. Kitabın sonunda əlavələr hissəsində region dövlətlərinin bəzi sosial, iqtisadi və siyasi göstəricilərini özündə əks etdirən cədvəllər verilmişdir. Uzun illər bu regionun tədrisi və tədqiqi ilə məşğul olan müəlliflər müəyyən dövrlərdə regionun bəzi ölkələrində işləmiş, elmi məzuniyyətlərdə olmuş və elmi məruzələrlə çıxış etmişlər. Kitabın bu qəbildən olan digər dərsliklərdən fərqi ondadır ki, coğrafiyada qəbul olunmuş ənənəvi ardıcıllığa riayət olunmaqla regionun və onun ayrı-ayrı ölkələrinin iqtisadi coğrafi səciyyəsi ilə yanaşı siyasi coğrafi səciyyəsi də verilir. Başqa sözlə, oxucu dövlət barədə iqtisadi-coğrafi məlumat əldə etməklə yanaşı, həmin dövlətin qısa tarixi, müasir idarəolunma sistemi, yürütdüyü xarici siyasət, iştirak etdiyi regional təşkilatlar və Azərbaycan Respublikası ilə münasibətlərindən də konkret məlumat əldə edə bilər. Dərslikdən coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin tələbələri istifadə edə bilər. Regionşünaslıqla maraqlanan geniş oxucu kütləsi üçün də bu kitab faydalı sayılır.