Kateqoria: | COĞRAFİYA |
Dil: | Azərbaycan |
Müəllif: | Hafizə ƏSKƏROVA |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2012 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
İnsan sivilizasiyası tarixi insanla təbiətin qarşılıqlı əlaqələrinə əsaslanır. Elm və texnikanın inkişafı insanın təbii mühitə təsir imkanlarını xeyli artırır. Bu imkanlar insanın rifahının yüksəlməsinə yönəlsə də onun yaşayış şəraitinin pisləşməsinə də səbəb olur. Belə ki havanın, suyun və torpağın sənaye, məişət və kənd təsərrüfatı tullantıları ilə çirklənmə sə\'iyyəsi getdikcə artır, təbii ehtiyatlar tükənir və torpağın eroziyası geniş miqyas alır. Təbii mühitə antropogen təsirlər insan sağlamlığına, flora və faunaya bir başa təsir etməklə yanaşı ekosistemlərin strukturunu pozur və onların növ tərkibini azaldır, ekoloji sistemlərin və onların təkamül mexanimlərini zəiflədir. Nəticədə ekoloji problem yaranır ki, bu da nüvə tərkisilahı problemi kimi aktuallıq k;əsb edir. Bu yaxınlarda Azərbaycan respublikasında ekaloji təhlükəsizlik qanunu qəbul etmişdir.
20-ci əsrin sonunda 2-ci dəfə öz müstəqilliyini əldə etmiş respublikamız tədricən sosial-iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq dünya dövlətləri arasında öz layiqli yerini tutmağa başlamışdır. Ölkə ərazisinin zəngin yeraltı və yerüstü təbii ehtiyatlarından səmərəli istifadə, təbii ərazi komplekslərinin (torpaq, bitki və su) müasir bazar iqttisadiyyatı və müstəqillik şəraitində mühafizəsi vacib məsələlərdən biridir. Bu baxımdan sərhalaşma istiqamətində tədqiq edilmiş Kiçik Qafqazın şimal-şərq yamacı və onunla təmasda olan dağətəyi düzənliklərin, Ceyrançöl alçaq dağlarının arid və semiarid landşaft komplekslərinin Respublikamızın iqtisadi həyatında tarixçilik, tərəvəzçilik və heyvandarlıq bazası kimi mühüm rol oynaması ilə əlaqədar olaraq onların intensiv dəyişməsi baş vermişdir. Son 40-50 ildə intensivləşən təsərrüfat fəaliyyəti səhralaşmaya əsaslı şərait yaratmışdır.