0702133333

0702133333

Coğrafiyanın tədrisi metodikası
Kateqoria: COĞRAFİYA
Dil: Azərbaycan
Müəllif: Oqtay Alxasov
Nəşriyyat: kitabyurdu.org
Nəşr yeri: kitabyurdu.org
Nəşr ili: 2013
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Dərslikdə coğrafiyanın tədrisi metodikasının nəzəri problemləri, fəal təlimin həyata keçirilməsi, fənn kurikulumunun tətbiqinin aktual məsələləri sistemli şəkildə izah olunur. Kitab tələbə, magistrant və müəllimlər üçün nəzərdə tutulmuşdur.

Əsrimiz intellekt əsridir.  Informasiya axını sürətlə yeniləşməkdədir. Bu informasiyadan baş açmaq və öz fəaliyyətini məqsədəuyğun təşkil etmək bacarıqları müasir dövrdə şəxsiyyətin uğur qazanmasının rəhnidir. Insan öz fəaliyyətinin məqsədi, ona çatmağın vasitə və yollarını düzgün müəyyənləşdirmək üçün ətrafında və dünyada baş verən iqtisadi- sosial, siyasi və mədəni hadisə və proseslərdən baş açmağı bacarmalıdır. Fəaliyyət məqsədi aydın olmadıqda informasiya boşluğu insana ondan faydalanmağa imkan vermir. Eyni zamanda informasiya bolluğu insan fəaliyyətinə mənfi təsir göstərir. Əsas məqsəd isə informasiya məkanında sərbəst hərəkət edə bilmək, məqsədyönlü fəaliyyətə yönəltməkdir.

Buradan belə bir pedaqoji zərurət meydana çıxır ki, məktəb şagirdlərə təbiət, cəmiyyət, ətraf aləm haqqında bolluca informasiyalar verməkdən çox bu informasiyalardan baş açmaq, onları təhlil etmək bacarığı verməli, öz zehni fəaliyyətini elmi şəkildə və müstəqil olaraq təşkil etməyə qabil olan intellekt yetişdirməlidir. Bütün bunlar da müvafiq tədris mühitində formalaşmalıdır. Buna görə də məktəbi düşünməyə cəhd göstərmək, onu daha çevik etmək və müasirləşdirmək lazımdır.

Azərbaycan dövlətinin demokratik dövlət quruculuğu yolunda fəaliyyətinin ən vacib istiqamətlərindən biri təhsil islahatıdır. Hazırda respublikamız dərin siyasi, iqtisadi və ictimai dəyişikliklər dövründə yaşayır. Azərbaycanın həyata keçirməli olduğu möhtəşəm məsələlərin həllini yüksək səviyyəli mütəxəssislər və ixtisaslı işçi qüvvəsi olmadan yerinə yetirməyi təsəvvür etmək mümkün deyil. Respublikada təhsil islahatı Azərbaycanın intellektual potensialının qorunmasına və inkişaf etdirilməsinə yönəldilmişdir. Bazar iqtisadiyyatı şəraitində təhsil sistemi dövləti çevik düşünməyə qabiliyyətinə malik olan, beynəlxalq tələblərə cavab verən kadrlarla təmin etməlidir.

Təhsil islahatının əsas istiqamətlərindən biri tədris proqramlarının, təlimin məzmununun və tədris metodikasının yeniləşməsidir. Onlar zamanın tələblərinə uyğun gəlməli, Azərbaycan iqtisadiyyatının inkişaf meyllərini nəzərə almalı və beynəlxalq təcrübəyə əsaslanmalıdır.