Kateqoria: | COĞRAFİYA |
Dil: | Azərbaycan |
Müəllif: | fəl.dok. M.İ.Verdiyeva,b/m. D.T.Əfəndiyeva |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2017 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
GİRİŞ. PEDAQOJİ TƏCRÜBƏNİN MÜƏLLİM HAZIRLIĞINDA ƏHƏMİYYƏTİ Müstəqil Azərbaycan Respublikasının Təhsil Qanunu təlim prosesinin forma və məzmununun dəyişdirilməsini və müasir dövrün tələblərinə uyğun qurulmasını müəllimlər qarşısında bir vəzifə kimi qoymuşdur. Bu tələbi lazımı səviyyədə yerinə yetirmək üçün müəllim hazırlığına xüsusi diqqət yetirilir. Kadr hazırlığı Pedaqoji Universitetlərin vəzifəsi oldu-ğundan gələcək müəllimlər olacaq tələbələrin nəzəri biliklərə və pedaqoji təcrübə zamanı əldə edəcəkləri bacarıqlara yiyələnmələri xüsusi diqqət mərkəzində saxlanılır. Pedaqoji təcrübə müəllim peşəsinə yiyələnmək üçün yerinə yetiriləcək tədris-təcrübə meydanıdır. Tələbələr təcrübə zamanı nəinki nəzəri biliklərini təcrübəyə tətbiq edir, eyni zamanda müxtəlif qabaqcıl fənn müəllimlərinin dərslərini dinləməklə, müəllim peşəsinin sirlərinə yiyələnir və zaçot dərslərini tədris etməklə özlərini sınaqdan keçirirlər. Hər bir təcrübəçi tələbə təcrübə zamanı “fənn müəllimi”, “sinif rəhbəri”, “dərnək rəhbəri” və “kabinet müdiri” kimi çıxış edir. Məktəb rəhbərliyinin işinin xarakterik xüsusiyyətlərini, müxtəlif məktəb sənədləri ilə tanış olaraq, onların tərtib edilmə qaydalarını öyrənirlər. Fənn viktorinalarının, fənn gecələrinin, fənn həftəsinin keçirilməsinin icra mexanizminin tətbiqi bacarığına yiyələnirlər. Məktəbin idarə olunması, məktəbvalideyn əlaqə-lərinin mahiyyətini dərk etməklə yanaşı, bu əlaqələrin nə dərəcədə əhəmiyyətli olmasını öyrənirlər. Məktəbin fənn metodbirləşməsinin, pedaqoji və direktoryanı şuraların məktəb həyatındakı rolunu və hər bir fənn müəlliminin peşəsindəki əhəmiyyətini dərk edirlər. Beləliklə, pedaqoji təcrübə müasir fənn müəllimlərinin kadr hazırlığında əvəzsiz rol oynayır.