0702133333

0702133333

KOMPÜTER TEXNİKASI VƏ PROGRAMLAŞDIRMA
Kateqoria: İnformatika Texnologiyaları
Dil: Azərbaycan
Müəllif: A.İ. Qurbanov, E.M. Məmmədov, A.S. Hüseynova
Nəşriyyat: KTABYURDU.ORG
Nəşr yeri: KTABYURDU.ORG
Nəşr ili: 2022
Səhifə: 0
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Kitab Ali məktəblərin bakalavr təhsil pilləsi üçün hazırlanmışdır. Dərslikdə kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, Turbo Pascal 7.0 alqoritmik dili haqqında mövzular şərh olunmuşdur.Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsinə, əmək məhsuldarlığının artmasına, insanların əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter texnologiyası həmçinin qlobal informasiya mühitinin yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik bazarının yaradılmasında və inkişafında, təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır.