Kateqoria: | Kurikulum |
Dil: | Azərbaycan |
Müəllif: | |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
1.1. Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra dövlət standartları) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır. 1.2. Dövlət standartları aşağıdakıları müəyyən edir: - ümumi təhsilin məzmununu; - ümumi təhsilin idarə olunmasını; - ümumi təhsilin maddi-texniki və tədris bazasını; - ümumi təhsilin infrastrukturunu; - ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; - ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. 1.3. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.