0702133333

0702133333

TƏLİMİN QANUNLARI VƏ QANUNAUYĞUNLUQLARI
Kateqoria: Kurikulum
Dil: Azərbaycan
Müəllif: Facebook
Nəşriyyat: Facebook
Nəşr yeri: Facebook
Nəşr ili: 2015
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

 

PLAN:

1. Təlimin qanunları və qanunauyğunluqları;

2. Təlimin prinsipləri və təsnifatı

 

1. Təlim prosesinin özünəməxsus qanunauyğunluqları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Bu halda müəllimin əməyi məqsədyönlü və elmi xarakter daşıyır, təlimin səmərəsi qat-qat artır.
Təlimin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Qanunauyğun prosesləri (hadisələri) öyrənməklə elm müvafiq qanunları müəyyən edir. Təlimin qanunları bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq məntiqi ifadəsidir.