Kateqoria: | Kurikulum |
Dil: | Azərbaycan |
Müəllif: | |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
PLAN:
1. Didaktika, onun mahiyyəti;
2. Təlim prosesinin metodoloji əsasları;
3. Təlimin mahiyyəti;
4. Təlimin vəzifələri;
5. Təlimin əsas ünsürləri (komponentləri); mənimsəmə prosesinin quruluşu.
1. Didaktika, onun mahiyyəti. Didaktika təlim və təhsil haqqında nəzəriyyədir. Didaktika (didaktikos) yunan sözü olub, öyrədirəm mənasını verir. Bu termin ilk dəfə XVII əsrdə Almaniyada işlədilmişdir. Onun müəllifi məşhur dilşünas və ana dilində təlimin tərəfdarı Volfranq Ratkedir. O, bu sözü öyrətmək məharəti mənasında işlədilmişdir. Böyük çex pedaqoqu Yan Amos Komenski isə bu sözü hamıya hər şeyi öyrətmək məharəti mənasında işlətmişdir. Didaktikanın bir elm kimi əsasını Y.A.Komenski qoymuşdur; onun təlim və təhsil haqqında nəzəriyyə olduğunu əsaslandırmışdır.