Kateqoria: | Kurikulum |
Dil: | Azərbaycan |
Müəllif: | |
Nəşriyyat: | |
Nəşr yeri: | |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Fərdi, psixoloji xassələri olan və ictimai vəzifələri yerinə yetirən, müəyyən tarixi dövrdə yaşayan konkret insana şəxsiyyət deyilir. Eyni zamanda, şəxsiyyət dedikdə, müəyyən sosial keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu fərd başa düşülür. İnsan fərd (bioloji varlıq) kimi doğulur, sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi, əmək, fiziki və s.) yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə formalaşmır; o, müəyyən səviyyələrdən (aşağı, orta, yüksək, ideal səviyyə) keçir. Psixoloqlar 3-5 yaşlı uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduğunu qeyd edirlər.