Kateqoria: | Kurikulum |
Dil: | Azərbaycan |
Müəllif: | Abdulla Qəhrəmanov |
Nəşriyyat: | XƏZƏR UNİVERSİTETİ |
Nəşr yeri: | XƏZƏR UNİVERSİTETİ |
Nəşr ili: | 2015 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya daxil olmuşdur. Bu “Kurikulum” (İslahatın başlanğıcında “Kurrikulum” adlanırdı. Bu söz Azərbaycan dilinin ahəng qanunlarına uyğun gəlmədiyi üçün dilçilər bu termini “Kurikulum” kimi istifadə etməyi təklif ediblər) pedaqoji terminologiyası idi. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə başlamışdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Kurikulumun əsasını təhlil, tərtib, tətbiq, və qiymətləndirmə təşkil edir. Kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir. Qlobal dünyanın informasiya bolluğu şəraitində məktəbin, təhsilin vəzifələri dəyişir. Ağılın, intellektin inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə bilik, bacarıqlar deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Belə bir zamanda Azərbaycan da müstəqillik əldə etmiş ölkələrdən biri kimi bütün sahələrdə, o cümlədən təhsildə islahatlar aparır. Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev demişdir: "İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın"