0702133333

0702133333

RİYAZİ TƏFƏKKÜRÜN İNKİŞAFINDA ÇALIŞMALAR ROLU
Kateqoria: Kurikulum
Dil: Azərbaycan
Müəllif: Malik Aranli
Nəşriyyat: Facebook
Nəşr yeri: Facebook
Nəşr ili: 2015
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Uzunmüddətli müşahidələr və iş təcrübəsi göstərir ki, kiçikyaşlı məktəblilər riyazi oyunlara, tapmacalara, düşündürücü çalışmalara böyük maraq göstərirlər. Çünki uşaq təbiəti məktəbəqədərki dövrdə oyuna daha çox meyil edir. Didaktik oyunlar və əyləncəli çalışmalar düşündürücü xarakter daşımaqla uşaqda təlimə, riyazi materialı öyrənməyə emosional münasibət yaradır.

 Didaktik oyunlar və əyləncəli çalışmaların metodik priyom kimi tətbiqi o zaman səmərəli olur ki, onlar dərsin didaktik məqsədinə bilavasitə xidmət etsin, düşündürücü xarakter daşımaqla şagirdlərdə həvəs, işgüzarlıq, öz qüvvələrinə inam yaratsın. V.A.Suxomlinskinin qeyd etdiyi kimi, məktəbin başlıca vəzifəsi şagirdlərdə öz təlim əməyinin müvəffəqiyyətinə sevinc hissi tərbiyə etməkdən, təlimi onlara sevinc gətirən prosesə çevirməkdən ibarətdir.

 Dərs üçün düşündürücü çalışmalar seçərkən uzun və yorucu hesablamaları olan, şagirdin yaş və bilik səviyyəsinə uyğun olmayan çalışmalardan qaçmaq, sadədən mürəkkəbə prinsipini gözləmək lazımdır. Əks halda şagirddə öz qüvvəsinə inamsızlıq yaranar və fənnə marağı sönər.

 Təlimin effektliinin artırılması çalışmaların düzgün seçilmsi və onların tədris olunan materiallarla əlaqələndirilməsindən də asılıdır. Uşaqların təlim marağı o zaman artır ki, müəllim qarşıya çalışmanı dəqiq və tez yerinə yetirmək tələbini qoyur, işə yarış xarakteri verir.