0702133333

0702133333

Durğu işarələri
Kateqoria: Kurikulum
Dil: Azərbaycan
Müəllif: Facebook
Nəşriyyat: Facebook
Nəşr yeri: Facebook
Nəşr ili: 2015
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Xeyr
Paylaş: | Yüklə

Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi ümumiləşmiş şəkildə punktuasiya (latınca punktum sözündən olub, nöqtə deməkdir) adlanır. Punktuasiya durğu işarələrindən istifadə qaydalarının cəmi olub, orfoqrafiya və kalliqrafiya ilə birlikdə yazı qaydalarının nizama salınmasında xüsusi qiymətə malikdir.

Durğu işarələri dilin qrafik sistemində mühüm yer tutur, hərflərlə, rəqəmlərlə və bir sıra digər vasitələrlə (vurma, bölmə, paraqraf işarələri və s.) verilə bilməyən cəhətlərin ifadəsinə xidmət edir. Yazılı nitqin düzgün formalaşmasında durğu işarələrinin böyük rolu vardır. Mətnin düzgün anlaşılmasına kömək etməklə mühüm kommunikativ funksiya daşıyır.

Punktuasiyanın əsaslarının izahında üç meyl, üç istiqamət vardır: bə’ziləri mə’naya, bə’ziləri sintaktik quruluşa, bə’ziləri intonasiyaya əsaslanır.

Birinci halda durğu işarələrinin işlədilməsi mətnin mə’nalı hissələrə bölünməsi ilə bağlı izah edilir; ikinci halda cümlənin sintaktik quruluşu, üçüncü halda nitqin ritmik-melodik axını, vurğu, fasilə və s. əsas götürülür.