0702133333

0702133333

KONSTİTUSİYADA ŞƏXS
Kateqoria: Qanun
Dil: Azərbaycan
Müəllif: e.gov.az
Nəşriyyat: e.gov.az
Nəşr yeri: e.gov.az
Nəşr ili: 2022
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

M a d d ə 6 . Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi  Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.  Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.  M a d d ə 1 4 . Təbii ehtiyatlar  Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.  M a d d ə 2 4 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi  İnsan ləyaqəti qorunur və ona hörmət edilir.[7]  Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.  Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.