Kateqoria: | Qanun |
Dil: | Azərbaycan |
Müəllif: | RIZVAN FIKRƏTOĞLU |
Nəşriyyat: | e.gov.az |
Nəşr yeri: | e.gov.az |
Nəşr ili: | 2022 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Bəli |
Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər; GücləndirilmiĢ elektron imza (bundan sonra - gücləndirilmiĢ imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri; Elektron sənədi göndərən (bundan sonra - Göndərən) - elektron sənəd dövriyyəsi vasitəsi istisna olmaqla, özü tərəfindən və ya adından elektron sənəd göndərilən fiziki və ya hüquqi şəxs; Elektron sənədi alan (bundan sonra - Alan) - elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxs; Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra - Vasitəçi) - elektron sənədi Göndərən və Alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs