0702133333

0702133333

Dövlət qulluqçularının etik davranış qaydaları
Kateqoria: Qanun
Dil: Azərbaycan
Müəllif: e.gov.az
Nəşriyyat: e.gov.az
Nəşr yeri: e.gov.az
Nəşr ili: 2022
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, öz səlahiyyətləri daxilində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktları hazırlayıb təsdiq etsinlər.