0702133333

0702133333

Bələdiyyələr
Kateqoria: Qanun
Dil: Azərbaycan
Müəllif: RİZVAN FİKRƏTOĞLU
Nəşriyyat: e.gov.az
Nəşr yeri: e.gov.az
Nəşr ili: 2022
Səhifə: 1
Kitab nömrəsi: 1
ISBN: 11
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi; 2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi; 3) bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; 4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; 7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; 8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; 9) yerli ekoloji proqramların qəbul və icra edilməsi. II. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilə. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.