0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Şəhid Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir.1938-ci ildə isə istifadəyə verilmişdir. Məktəb Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi,N.Nərimanov küçəsi 42-də yerləşir. Köhnə binası Dövlət Proqramı çərçivəsində 2019-cu ildə sökülərək yerində 2019-cu ildə 360 nəfərlik yeni məktəb binası tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2019-cu il tarixdə məktəbin yeni inşa edilmiş binasının açılışı mərasimində iştirak etmiş və məktəbdə yaradılmış şəraitlə tanış olmuşdur. Məktəbdə 15 sinif otağı, informatika, kimya, biologiya, fizika, eko kabinet, texnologiya və gənclərin çağrışa qədər hazırlıq fənn kabinetləri yaradılmışdır. Hazırda məktəbdə 333 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 29 nəfər pedaqoji işçi məşğul olur. Məktəb bir növbəlidir. 5 günlükdür, 12 sinif var.

Haqqında

Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsində yerləşir.1962/1963-cü tədris ilində fəaliyyətə başlayıb. Məktəb binası uyğunlaşdırılmış binadır. Hazırda yüksək səviyyədə təmir edilmiş və müasir maddi-texniki baza ilə təmin olunmuş bu təhsil ocağı 320 şagird yerlik olsa da, burada 595 şagird təhsil alır. Məktəbdə 64 nəfərdən ibarət pedoqoji heyət çalışır. Məktəbin kitabxanası, akt və idman zalları, futbol meydançası, informatika kabineti var. On üç sinif elektron lövhə ilə təmin olunub. Müəllimlərdən Allahverdiyeva Dürdanə, Əliyeva Kəmalə, Quliyev Natiq, Məmmədova Mətanət bu məktəbin məzunlarındandır. Məktəb 03 yanvar 1992-ci ildən etibarən 20 Yanvar şəhidi Kamal Məmmədovun adını daşıyır. O, 21 dekabr 1955-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Orta təhsilini 209 №li tam orta məktəbdə alıb. 1990-cı ilin 20 Yanvarında ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizə zamanı şəhidlik zirvəsinə yüksəlib. Maştağa qəsəbəsindəki “Şəhidlər xiyaban”ında dəfn olunub.

Haqqında

Bakı şəhəri Nizami rayonu 210 №-li tam orta məktəb 1966-cı ildən fəaliyyətə başlamışdır. Yarandığı gündən etibarən məktəbdə təlim rus dilində aparılmışdır. 1989-cu ildən etibarən məktəbdə Azərbaycan bölməsi açılmışdır. Hal-hazırda məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır.

1985-ci ilədək "Nümunəvi Mədəniyyət məktəbi" adını daşımışdır. 2006 - 2021-cü illər ərzində məktəbin 48 məzunu ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmişdir. 2014-cü ildə məktəbin bir şagirdi təlimdə müvəffəqiyyətə görə qızıl medala layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2011- 2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur.

Məktəb 2 növbədə fəaliyyət göstərir. Hazırda məktəbin 47 sinfində 1134 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 müəllim məşğul olur. Məktəbin şagirdləri bir çox yarışlarda iştirak edir və uğur qazanırlar.

Məktəbin pedaqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə keyfiyyətli bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirmək və cəmiyyətə vətənpərvər, milli əxlaqi dəyərlərə malik xeyirli vətəndaşlar yetişdirməkdir.

Haqqında

211 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir. Məktəb şəhid Akif Abdullayevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, məktəb üçün 2008-ci ildə 200 yerlik əlavə korpus tikilmiş, 2013-cü ildə əsas korpus əsaslı təmir edilmişdir. Məktəb 1200 yerlikdir. Məktəbdə 50 sinif otağı, kimya, biologiya, fizika, informatika, gənclərin çağırışaqədər hərbi hazırlıq kabinetləri, laboratoriyalar, idman zalı, akt zalı, kitabxana, tibb otağı, bufet fəaliyyət göstərir. Məktəbdə 104 müəllim, 1 nəfər psixoloq, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri şagirdlərin təlim və tərbiyəsi ilə məşğul olur. Müəllimlərdən 94 nəfər ali, 10 nəfər isə orta ixtisas təhsillidir. Müəllimlərimizdən bir nəfəri xarici dillər üzrə elmlər namizədidir. Məktəbdə 68 sinifdə 1951 şagird təhsil alır. Onlardan 1208 nəfəri Azərbaycan, 745 nəfəri isə rus bölməsində təhsil alır. 144 şagird isə məktəbəhazırlıq qrupunda oxuyur.

Haqqında

Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir.

27 avqust 1994-cü ildən 212 nömrəli tam orta məktəbə Ağdərə döyüşlərində şəhid olmuş məktəbin məzunu Natiq Tağıyevin adı verilmişdir.

Məktəb 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır.

Məktəbdə “Rus dilinin intensiv təlimi” layihəsi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilinin əvvəlində komplektləşdirilmiş 70 sinifdə 2202 şagird təhsil alır. Məktəb 2 növbəlidir.

Hazırda məktəbdə 2 informatika kabineti, fizika, kimya, bilogiya laboratoriyaları, geniş idman zalı və yeməkxana vardır. Yüksək tələbkarlıq və ciddi intizam əsasında qurulan təlim-tərbiyə prosesini məktəbin 184 müəllimi yerinə yetirir. Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllimi “, 2 nəfəri “Qabaqcıl təhsil işçisi “, 1 nəfər “ Tərəqqi” medalı və 2 nəfər “ Fəxri fərman” la təltif edilmişdir.

Məktəbin məzunları hər il yüksək nəticələrlə respublikamızın və dünyanın nüfuzlu ali məktəblərinə daxil olurlar. 2018-2019-cu tədris ilində məktəb üzrə ən yüksək nəticə göstərmiş Pərviz Abdullayev 671 balla Azərbaycan Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə qəbul olmuşdur. Keçən dərs ilində məktəbimizin biologiya müəllimi Həsənova Elmira “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində II yerin qalibi olmuşdur.

Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbin şagirdləri müxtəlif yerli və beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərirlər.

Məktəbimiz 2018-2019-cu tədris ilində “Təhsildə İnkişaf və İnnovasiyalar” III Qrant müsabiqəsində “Maliyyə məktəbi” layihəsi ilə qalib olmuşdur.

Şagirdlərimiz hər il müxtəlif sərgi, müsabiqə, bilik yarışları, fənn olimpiadalarında uğurla iştirak edirlər.

212 nömrəli tam orta məktəbin kollektivi ölkəmizdə formalaşan güclü təhsil infrastrukturunun və gənc nəslin əsl vətəndaş kimi formalaşmasına öz layiqli töhfəsini vermək üçün tam məsuliyyətlə çalışır.

Haqqında

214 nömrəli tam orta məktəb 1963-cü ildə tikilmişdir. 2002-ci ildən Vüqar Sadıqovun adını daşıyır. Məktəb inşa edilərkən 4 mərtəbəli, bir tipli daş binadan ibarət olmuşdur. 800 şagird yerlik bu binada uzun müddət 2500-ə yaxın şagird müxtəlif növbələrdə oxumuşdur. 2006-cı ildə isə məktəbin 3 mərtəbəli təzə korpusu istifadəyə verilmişdir. Azərbycan Respublikaısnın Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-2015-ci tədris ilində məktəbdə keyfiyyətli təmir işləri aparılmış, məktəb yeni mebel, avadanlıq, kompüter və elektron dərs vasaitləri ilə təchiz edilmişdir. 2014-2015-ci dərs ilində məktəbdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiqi istiqamətində həyata keçirilən “Sağlam təhsil-Sağlam millət” layihəsi çərçivəsində fəaliyyət göstərən “Sağlam Təhsil” sinifləri açılmışdır. Bu istiqamətdə Azərbaycan bölməsi üzrə 9 sinif, rus bölməsi üzrə 7 sinif yaradılmışdır. “Sağlam Təhsil” siniflərində təhsilin ənənəvi tədris üsullarından fərqlənir, millətin gələcək sağlam nəslinin yetişdirilməsinə xidmət edir. Hazırda 1680 şagird yerlik məktəbdə 2137 şagird təhsil alır. Şagirdlərin təlim- tərbiyəsi ilə 159 öz sənətini sevən peşəkar müəllimlər məşğul olur. 50 ildən artıq tarixi və qabaqcıl tədris ənənələrinə malik olan bu elm ocağı 2008-2009-cu tədris ilində “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Hər tədris ilində məktəbi yüzlərlə XI sinif məzunu bitirir. Onların qazandığı uğurlar məktəbin fəaliyyətinin əyani göstəricisi hesab edilə bilər. Belə ki, məzunlarımız ali məktəblərə qəbul imtahanında yüksək bal toplayırlar.