Bakı şəhəri Zakir Tofiq oğlu Yusifov adına 194 nömrəli tam orta məktəb 1941-ci ildə məktəb kimi fəaliyyətə başlamışdır. 2012-ci ildə sokülmüş və yeniden tikilərək 2014-cü tədris ilində təfil verilmişdir. Məktəbimizdə 63 sinif və bu siniflərdə 1643 şagird təhsil alır. Məktəbimizdə məktəbəqədər 6 qrup fəaliyyət göstərir. Məktəbimizdə 118 nəfər müəllim işləyir. Məktəbimizdə yüksək səviyyədə tədbirlər keçirilir. Bu tədbirlər televiziya kanallarinda və mətbuatda işıqlandırılır. Hər il məktəbimizi yüksək nəticələrlə başa vurmuş şagirdlər bitirir. Son 5 il ərzində 36 şagirdimiz 500-700 bal toplamış və ali məktəblərin yüksək fakultələrinə qəbul olmuşdular.
Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb 2 (iki) korpusdan ibarətdir. Köhnə, 280 nəfərlik 2 mərtəbəli əsas bina keçən əsrin 50 - ci illərində tikilib. 2007 - ci ildə Təhsil Nazirliyi tərəfindən 32 sinif otağından ibarət 640 nəfərlik 3 mərtəbəli əlavə bir korpus tikilib. Hazırda məktəb 920 nəfərlik şagird tutumludur. Məktəbin iki korpusu və 45 sinif otağı vardır. Məktəbdə 1831 şagird təhsil alır, 99 nəfər müəllim və 23 nəfər texniki işçi failiyyət göstərir. Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə təlim - tərbiyə sahəsində işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncam və fərmanlara uyğun olaraq qurulmuşdur. Belə ki, "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" , "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın tələblərindən irəli gələn müddəaların həyata keçiriməsində mərhələli işlər görülür. Yusif Əliyev adına 195 nömrəli tam orta məktəb Pedaqoji Şuranın təsdiq etdiyi illik Fəaliyyət planı və Bakı şəhəri Təhsil İdarəsinin əmr və tövsiyələri əsasında fəaliyyət göstərir. Məktəbimiz 2020-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olub.
Hövsan qəsəbəsi M.Bayramov adına 196 nömrəli tam orta məktəb 1953-ci ildə yaranmışdir. Məktəbimiz Qarabağ uğrundakı döyüşlərdə şəhid olmuş Hövsan qəsəbəsində yaşamış, məktəbimizin məzunu Məzahir Bayramovun adını daşıyır. Məzahir Bayramov 2006-cı il 30 iyun tarixli 1545 nömrəli sərəncamı ilə Azərbaycan respublikasının "Vətən uğrunda" medalı ilə təltif edilib. Məktəbimiz 2011-ci ildə əsaslı təmir olunmuşdur və 2 mərtəbəli 400 şagirdlik 20 sinif otağı olan əlavə korpus tikilib istifadəyə verilmişdir. Məktəbimizdə 60 nəfər müəllim fəaliyyət göstərir. Hal - hazırda məktəbimizdə 910 şagird təhsil alır.
197 saylı tam orta məktəb 1975-ci ildən fəaliyyət göstərir.Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşir.Məktəbin binası bir korpusdan və iki mərtəbədən ibarərətdir.Həyətyanı sahəsi 2052m2 – dir.Məktəb I növbəli və 5 günlük iş həftəsi ilə işləyir.Məktəbimiz bu məktəbin məzunu olmuş qəsəbə sakini şəhid Elman Heydərovun adını daşıyır.2006/2007-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.Məktəbdə hal-hazırda 20 sinif komplektləşdirilib və bu siniflərdə şagirdlərin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur.Məktəbdə müasir kompüter kabineti şagirdlərin ixtiyarına verilmişdir.Dərs zamanı həm ibtidai, həm də yuxarı sinif şagirdləri elektron lövhələrdən istifadə edirlər.Şagirdlər məktəb kitabxanasında ədəbi-bədii əsərlərlə, şairlərin həyatı ilə, ensiklopediyalarla, dərsliklərlə maariflənirlər.Hər tədris ilində məktəbimizin şagirdləri arasında bilik yarışması təşkil olunur.Eyni zamanda, idman sahəsində idmançı şagirdlərimiz müxtəlif ölkələrdə və Avropa Çempionatında layiqli yerlər tutmuş və diplom, medallarla təltif olunmuşlar.Hər il olduğu kimi bu tədris ilində də məzunlarımızın bir neçəsi ali məktəblərə qəbul olunublar. 197 saylı tam orta məktəblə əlaqə saxlamaq üçün: Telefon: 545-96-24. Məktəbin təhsil saytı: https://bakimektebleri.edu.az/197/ Elektron-poçt ünvanı: 197mekteb@gmail.com Facebook.com səhifəsi: Elman Heydərov adına 197 saylı tam orta məktəb
Azərbaycanın paytaxtı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Haqverdiyev 33 ünvanında yerləşən E.Ağayeva adına 198 saylı tam orta məktəb 1937-ci ildə uyğunlaşdırılmış formada tikilib istifadəyə verilmişdir. 3 mərtəbəli bina 280 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Kənd ərazisində sakinlərin sayının artması nəticəsində hal-hazırda məktəbdə 849 nəfər şagird 36 sinifdə təhsil alır. Tədris Azərbaycan bölməsi üzrə aparılır və xarici dil kimi ingilis, rus dilləri tədris olunur. Məktəbimizdə təhsil müəyyən tələblərə uyğun təşkil olunur ki, bunlara inkişaf sahələrinə uyğun təlim məşğələləri və müxtəlif fəaliyyət növlərindən istifadə edilməsi, şagirdlərin bərabər inkişafının təmin olunması daxildir. Məktəbin ərazisi 5400 kv.m., binanın ərazisi isə 1032 kv.m.-dir. 1104 kv.m-lik futbol meydançası bu ərazi daxilindədir. İki növbəli və 6 günlük iş rejimi ilə işləyən məktəbdə 17 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya,1 akt zalı vardır. Bina istilik sistemi ilə təchiz olunmuşdur. Hal-hazırda 59 pedaqoji kadr və 19 texniki işçi burada fəaliyyət göstərir. 1990-cı ildən bu təhsil ocağı Ramana kənd sakini, yazıçı Eynulla Xankişi oğlu Ağayevin adını daşıyır.
Bakı şəhəri, Nizami rayonu, 201 nömrəli tam orta məktəb 1964 – cü ildən fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində həyata keçirilir. 2012-ci ildə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbdə 103 nəfər müəllim fəaliyyət göstərir. Müəllimlərimizdən 1 nəfər “Qabaqcıl Təhsil işçisi “, 1 nəfər isə “Əməkdar müəllim “ adına layiq görülmüşdür. 2011-ci ildə, 2014-cü ildə iki müəllmimiz “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Məktəb 2 korpusdan ibarətdir. Məktəbdə 250 nəfərlik akt zalı, 2 kitabxana, qış idman zalı, 78x38 ölçüdə futbol, 20x40 ölçüdə mini futbol, basketbol, voleybol meydançaları vardır. Məktəbimizin nəzdində 2014-ci ildən qızlardan ibarət futbol komandası fəaliyyət göstərir. Futbol komandamızla birlikdə AFFA-nın və UEFA-nın veteran futbolçuları ilə görüşlər keçirilir. Həmçinin, Avropa komandalarının məşqçiləri məktəbdə ustad dərslər aparmışlar. Qızların futbolda inkişafını nəzərə alaraq məktəbimiz AFFA-nın baza məktəbinə çevrilmişdir. Qızlardan ibarət Mili komandanın oyunçuları bizim məktəbdə təhsil alır, məşqlər məktəbdə keçirilir. Bundan başqa, 2017-ci idə məktəbimiz əsaslə təmir olinmuşdur. Məktəbdə 5 kompüter otağı, 8 elektron dərslərin tədrisi otağı, 66 kompüter (20 şagirdə 1 kompüter düşür), 16 proyektor, 2 ədəd MİMİO proqramları üçün aparatlar , həmçinin 4 elektron lövhə vardır.