1968 - ci ildə məktəbin tikilməsinə başlanılmışdır və 01 sentyabr 1969 - cu ildən fəaliyyətə başlamışdır.223 nömrəli tam orta məktəbdə 1969 - cu ildən 2008 - ci ilə kimi rus və Azərbaycan bölmələri üzrə siniflər təhsil almışdır, rus dilli əhalinin azalması nəticəsində 2007 - 2008 - ci tədris ilindən məktəbdə yalnız Azərbaycan bölməsi fəaliyyət göstərmişdir. Müəllim heyəti 77 nəfərdən ibarətdir.Şagirdlər 1197 nəfərdir.Məktəbin bir çox uğurları olmuş, idman sahəsində xüsusi ilə fərqlənmişdir. Məktəbin həndbol və futbol komandaları bir çox yarışların qalibi olmuşdur.Həndbol üzrə məktəblər-arası Respublika birinciliyində III yer,Bakı şəhər biriciliyində dəfələrlə II və III yer,Beynəlxalq turizm yarışında məktəbimizdən 3 nəfər Respublika yığma komandasının tərkibində iştirak etmiş və komanda birinci yeri tutmuşdur.Futbol üzrə rayon yarışlarında dəfələrlə birinci yerləri tutmuşdur. 2018-ci ildə məktəbimiz əsaslı təmir olundu
Məktəbimiz 2010-cu ildə Heydər Əliyev adına fondun dəstəyi ilə tikilmişdir.Məktəbimiz Qarabağ döyüşlərində şəhid olmuş Səyavuş Muradovun adını daşıyır.Məktəbimizdə proyektdə nəzərdə tutulmuş və istismara verilmiş otaqlar say və təyinatına görə aşağıdakı siyahıda əks olunub: sinif otaqları - 9; direktor otağı - 1 (əlavə: katibə üçün nəzərdə tutulmuş kiçik ölçülü artırma ); kompyuter otağı - 1; kitabxana - 1 (əlavə: cari vəziyyətdə istismarı nəzərdə tutulmayan kitab və avadanlıqların saxlanması üçün nəzərdə tutulmuş kiçik ölçülü anbar); müəllimlər otağı - 1; Məktəbdə biri fərdi olmaqla cəmi 10 (on) sinif var və bu siniflərdə 126 şagird təhsil alır.Həmçinin elektron sistemdən qeydiyyatdan keçmiş və məktəbimizi seçən 19 (on doqquz) uşaqdan ibarət 1 (bir) məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.Gənc nəslin təlim və tərbiyəsi ilə 18 (on sıkkiz) nəfərlik pedaqoji heyyət məşqul olur. Qeyd: Yuxarıda sadalanan göstəricilər 2017-2018 tədris ilinin əvvəlinə aiddir.
225 nömrəli məktəb 1964-cü ildən fəaliyyət göstərir. 2011-ci ildə Dövlət proqramına əsasən məktəb Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuşdur. Paytaxtın nümunəvi təhsil ocaqlarından sayılan 225 nömrəli məktəb 2009-2010-cu tədris ilinin ən yaxşı məktəbi adına layiq görülüb. Dördmərtəbli, bir korpusludur. Məktəb iki növbəli və beş günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə dərslər Azərbaycan və rus bölməsində aparılır. Rəhbərlik 2002-2006-cı illərdə məktəb idarəetmə strukturunun öyrənilib tətbiq edilməsi ilə bağlı Türkiyədə 1 ay seminarda olmuşdur. Məktəbin İdarəetmə strukturu müəllim şurası, valideyn şurası və şagird şurasından ibarət komanda olaraq uğurlu fəaliyyət göstərir. Məktəbdə yapon dili və ərəb dili tədris olunur. “Təhsildə İKT-nin tətbiqi, bilik, təcrübə, texnologiya” adlı baxış sərgisində 4 müəllim iştirak edib, onlardan 2 nəfəri I və II yerlərə layiq görülmüşdür. Məktəbimizdə Vergilər Nazirliyinin Metodkabineti yerləşir. Vaxtaşırı keçirilən vergilərlə bağlı olimpiadalarda, müsabiqələrdə şagirdlərimizdən Pərviz Heydərov, Kənan Bağırov I və II dərəcəli diplomlara layiq görülmüşlər. • Məktəbin məqsədi – nümunəvi tərbiyə və təhsil sistemi yaratmaqdır. • 2011-ci ildə tarix müəllimi Vəliyeva Pəri ,2012-ci ildə isə məktəbin direktoru Sevda Eminova “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür • Respublika daxili əməkdaşlıq: Ekologiya Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, qeyri hökumət təşkilatı “Mülk İctimai Assosiasiyası” • Xarici əlaqələr: Yaponiya, Almaniya, Koreya, Rusiya, Gürcüstan • Məktəbin fəxrləri: Səməd Seyidov, Milli qəhrəman Fəxrəddin, şəhid Sədrəddin Seyidəliyev, şəhid Fərman Məlikov və məktəbin adını daşıyan şəhid Telman Abbasov.
Suraxanı rayonu 226 nömrəli tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Ərazisi 8000 kv.m, ümumi sahəsi isə 4456 kv.m-dir. Bina üç mərtəbədən ibarətdir və tutumu 960 şagird üçündür. Məktəb binası 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə 40 sinif otağı, laboratoriyalar, müəllimlər otağı, psixoloq otağı, tərbiyə işləri üzrə direktor müavini otağı, akt və idman zalları fəaliyyət göstərir.2022-2023-ci tədris ilində 33 sinifdə 731 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Məktəbdə fəaliyyət göstərən gənc müəllimlər məktəbin məzunlarıdır. Məktəb 5 günlük iş rejimi ilə işləyir. Məktəbdə 2 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərir.
Bu il məzunlarımızın 37 nəfəri ali məktəbə qəbul olub.
Bakı Şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəb 1937-ci ildə tikilmişdir. Əsas korpus sayılan bina Böyük Vətən Müharibəsi illərində hospital kimi fəaliyyət göstərmişdir. Sonradan arakəsmələr vasitəsilə sinif otaqlarına çevrilmiş, məktəb kimi fəaliyyətə başlamışdır. Əsas bina 430 yerlikdir. 2005 və 2007-ci ildə hər biri 200 yerlik olmaqla, əlavə iki korpus tikilmiş və istifadəyə verilmişdir.
Məktəb 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.
Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları bütün lazımi dərs vəsaitləri və avadanlıqlarla təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblərə cavab verir. Məktəbin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. 12.09.2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin şəxsi iştirakı ilə məktəbin açılışı olmuşdur.
Məktəb 5 günlük iş rejimində fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1287 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 80 müəllim məşğul olur. Eyni zamanda, məktəbdə 27 texniki işçi çalışır.
Hər il məktəbin şagirdləri müxtəlif müsabiqələr, fənn olimpiadaları, intellektual yarışlar, hərbi - idman və idman yarışlarında iştirak edərək, müxtəlif nailiyyətlər əldə edirlər.
Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir.Məktəbimiz Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşir.
Məktəbimizin 2 korpusu (əsas və ibtidai), geniş ərazisi, böyük futbol meydançası, idman zalı mövcuddur.
2012-ci ildə əsaslı təmir olunan məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb.Məktəbin fəaliyyətinin əsasını keyfiyyətli tədris təşkil edir. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili hər bir şagirdin dövlət standartları səviyyəsində bilik və bacarıqlar əldə etməsinə zəmin yaradır. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır.
Azərbaycan və rus bölmələrindən ibarət olan məktəbimizdə 1245 şagird təhsil alır. 127 müəllim və 25 inzibati-texniki heyət çalışır. Ənənəvi təhsil ilə yanaşı, məktəbimizdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi təhsil proqramı (evdə təhsil) və xüsusi sinif fəaliyyət göstərir. Xüsusi təhsil proqramı (evdə təhsil) üzrə məktəbimiz Qaradağ rayonunda mərkəz-məktəb kimi müəyyən olunub.Şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə mütəmadi olaraq şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar, kütləvi kitabxanalara ekskursiyalar təşkil edilir.
Məktəbimizdə, habelə, məktəbəhazırlıq, günüuzadılmış qrupları, dərnəklər də fəaliyyət göstərir. Məktəbin kimya, biologiya, fizika, Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, Rus dili və ədəbiyyatı, iki informatika, iki əmək,iki ingilis dili (linqafonlu), hərbi rəhbər, psixoloq, uşaq birliyi rəhbəri, tibb bacısı, "Açıq dərs" kabinetləri, idman zalı, akt zalı, bufet şagirdlərimizin və müəllimlərimizin istifadəsində və xidmətindədir.
Məktəbimizidə şagirdlərin liderlik və yaradıcı təfəkkürünü inkişaf etdirən “Kiçik Akademiya” fəaliyyət göstərir.
Məktəbin tədris və iş rejimi həftənin beş günündən ibarətdir.Hədəfimiz və missiyamız,1963-ci ildə yaranan və vaxtilə Sahil qəsəbəsində ən nüfuzlu məktəblərdən olan məktəbimizi Qaradağ rayonunun ən nümunəvi, Bakı şəhərinin ən nüfuzlu məktəblər sırasına qatmaq, tədrisin keyfiyyəti və buraxdığımız məzunlarımızın nəticələrinə görə Azərbaycanın qabaqcıl məktəbləri sırasında görməkdir!