319 nömrəli tam orta məktəb 15 sentyabr 2007- ci il tarixdə istifadəyə verilmişdir.Məktəbdə fəaliyyət göstərən müəllimlərin 70%- gənc kadrlardır.2007-2008-ci tədris ilində 18 sinifdə 544 şagird təhsilə cəlb edilmişdir.Məktəbdə yaradılmış işlək atmosfera ,tələbkarlıq və müəllimlərin işgüzarlığı tezliklə məktəbin yüksək nüfuz qazanmasına səbəb olmuşdur.Şagird kontingentinin dinamikası yüksəlir. Şagirdlərin digər məktəblərdən məktəbə gəlməsi ilbəil artır.2007-2008-ci dərs ilində 24 sinifdə 544 şagird,2008-2009-cu dərs ilində618 şagird 2009-2010 cu il 660,2010-2011- cu il 678,2011-2012-ci il 711,2012-2013 cü il 765,2013-2014- cü il 776,2014-2015- ci il 791,2015-2016-cı dərs ilində 34 sinifdə 811 ,2016-2017 -ci il 816,3 məktəbəhazırlıq qrupunda 86 şagird , 2017-2018-ci tədris ilində 35 sinifdə 830 şagird,2 məktəbəhazırlıq qrupunda 60 şagird,2018-2019-cu tədris ilində 35 sinifdə 817,4 məktəbəhazırlıq qrupunda 110 şagird təhsil alır.Məktəbin şagirdləri müsabiqələrdə, fənn olimpiadalarında iştirak etmişlər. İdman sahəsində də məktəbin uğurları var. Məktəb şagirdlərindən yaradılmış komanda AFFA- nın uşaq komandaları arasında yarışlarda iştirak edir. Məktəbdə yeni təlim metodlarının tətbiq edilməsi və müəllimlərin özüntəhsilə ciddi fikir vermələri valideyn məktəb əlaqələrinin davamlı inkişafı təhsildə keyfiyyətin yüksəlməsinə stimul vermişdir.Məktəb 2013cü ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi " müsabiqəsinin qalibi olmuşdur.2015-2016 və 2016-2017-ci ci dərs ilində məktəb 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrinə görə 41 pillə irəliləmiş və reyting sıralanmasında Qaradağ rayon məktəbləri arasında ilk pillədədir.2017-2018-ci dərs ilində 9 -11-ci siniflərin buraxılış imtahanların nəticələrinə görə məktəb 149 pillə irəliləmiş və reytinq sıralanmasında Qaradağ rayonu üzrə 1-ci ,BŞTİ-yə tabe olan məktəblər siyahısında 18-ci ,ölkə üzrə 81-ci yerdə qərarlaşmışdır. 2018-2019-cu dərs ilini də məktəb üçün uğurlu saymaq olar. Belə ki, 2018-2019-cu dərs ilində məktəbi bitirən 40 nəfər məzundan 28 nəfəri respublikanın müxtəlif nüfuzlu ali məktəblərinə, 6 nəfəri isə kolleclərə qəbul olunmuşdur. Məktəbi ümumi orta təhsil səviyyəsi üzrə bitirmiş 61 nəfərdən 3 nəfəri, tam orta təhsil səviyyəsi üzrə bitirmiş 40 nəfər məzundan 2 nəfəri fərqlənmə attestatı almışdır. 2018-2019- cu dərs ili məktəblilərimizin idman uğurları ilə də zəngin olmuşdur.
Qaradağ rayonu 320 nömrəli tam orta məktəb Müşfiqabad qəsəbəsində Təhsil Nazirliyi tərəfindən Respublika Prezidentinin sərəncamına əsasən tikilib və 15 sentyabr 2007-ci ildə istifadəyə verilib. Məktəbin binası birtipli və 3 mərtəbəlidir.Məktəbdə 48 nsinif otağı var.Məktəb 844 nəfər şagird yerlikdir.Hal hazırda məktəbdə 57 sinifdə 1552 şagird təhsil alır. 4 Məktəbəhazırlıq qrupumuz məktəbimizdə təhsil alır . Şagirdlərin təlim tərbiyəsi ilə 97 nəfər pedaqoji heyət məşğul olur.. Məktəb istifadəyə verildiyi gündən başlayaraq bir çox maraqlı, yadda qalan tədbirlər keçirilmişdir. Əlamətdar günlərdə bütün siniflərin divar qəzetləri buraxılır və məktəbin kitabxanasında Respublika səviyyəli bütün tədbirlərə aid şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilir. Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirilir. Məktəb “Yeni təlim metodlarının tətbiqi” problemi üzərində işləyir. Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində müntəzəm işlər aparılmış və bu işlər indi də davam etdirilir. Məktəbdə müntəzəm olaraq paralel siniflər arasında bütün fənlərdən bilik yarışması keçirilir və qaliblər mükafatlandırılır. Məktəbdə həftənin qalibi döş nişanı təsis edilmiş və qaliblər hər həftənin birinci günü Azərbayan Respublikasını Dövlət Himni oxunduqdan sonra səhər sırası qarşısında təltif edilirlər. Məktəbdə şagirdlərin İKT – dən yüksək səviyyədə faydalanması üçün 2 kompyuter sinfi, 4 Prometan tipli elektron lövhə 2 MİMİO qurğusu vardır. Məktəb şagird və kadrların mütaliəsi üçün zəngin kitabxana, tədbirlərin və iclasların təşkili üçün geniş akt zalı , yeməkxana və idman zalı ilə təchiz olunub.
Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmişdir.3 mərtəbəli olub 1295 şagird üçün nəzərdə tutulmuşdur. 59 sinif otağı, 150 nəfərlik akt zalı, bufeti və idman zalı vardır. 2014-cü ildən məktəbdə kamera sistemi mövcuddur.Hal-hazırda məktəbdə 1248 şagird təhsil alır.
Bakı şəhəri 322 nömrəli tam orta məktəb Bakı şəhər ətraf qəsəbələrinin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tikilib istifadəyə verilmişdir. Məktəb Xəzər rayonu Albalılıq yaşayış massivində yerləşir. Məktəbin təməl qoyma mərasimi 2006-cı il dekabrin 31-də olmuş, açılış mərasimi isə 2007-ci il 15 sentyabrda olmuşdur. Hər iki mərasimdə Azərbaycan Respublikasının perzidenti cənab İlham Əliyev və Heydar Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişdir. Məktəb 1296 yerlikdir. Hal-hazırda məktəbdə 3459 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyyəsi ilə 159 müəllim məşğul olur. Şagirdlər 119 sinifdə komplektləşdirilmişdir. Məktəb iki növbədə işləyir.
323 nömrəli tam orta məktəb Xəzər rayonu, Yeni Qala qəsəbəsi ərazisində yerləşir.
Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) Qala qəsəbəsi ərazisində məskunlaşmış məcburi köçkün və qaçqınların 700-ə yaxın məktəbyaşlı uşaqları yaşadıqları ərazilərdən çox uzaqda yerləşən məktəblərdə oxumağa məcbur olurdular. Bu ailələrin nümayəndələri uşaqlar üçün 700 nəfərlik yeni məktəb korpusunun tikilməsi üçün Xəzər Rayon İcra Hakimiyyətinə, Beynəlxalq təşkilatlara müraciət etmişlər. Məcburi köçkünlərin xahişlərini nəzərə alaraq Xəzər RİH-i tərəfindən Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət olunmuşdur.
Azərbaycanda fəaliyyət göstərən
"WORL HOPE İnternational" Beynəlxalq Təşkilatının yeni məktəb binasının tikintisinin maliyyələşdirilməsinə razılıq verilmiş, tikilərək
15 sentyabr 2007-ci ildə istifadəyə verilmişdir.
Məktəb bir mərtəbəli və 24 sinif otağından ibarətdir.
Hazırda məktəbimizdə 43 müəllim heyəti fəaliyyət göstərir. 706 nəfər şagird təhsil alır.
Məktəb 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən istifadəyə verilib. İlk direktoru Miriyev Arzu Həsənağa oğlu olmuşdur. 2009-cu ilin fevral ayının 18-dən Atayeva Gülarə Məmmədəli qızı məktəbə rəhbərlik edir. Məktəbdə 56 işçi işləyir, onun 33 - ü pedaqoji, 21 - i isə texniki heyətdir. Məktəb 200 nəfərlik şagird üçün nəzərdə tutulub. İlk açıldığı ildə 196 nəfər məktəbə qəbul olunub. Hal- hazırda 600 nəfər şagird 26 sinifdə komplektləşib. Məktəbəhazırlıq qrupunda 48 şagird təhsil alır. Məktəbdə iş rejimi iki növbəlidir. Məktəb birmərtəbəli və birtiplidir. Sinif otaqlarının sayı 11- dir. İki tədris kabineti (fizika, kimya) mövcuddur.