0702133333

0702133333

Azərbaycan Kitabxanaları

Haqqında

Qəbələ rayon MKS 1930-cu ildən mərkəzi kitabxana kimi, 1976-cı ildən isə MKS kimi fəaliyyət göstərir. MKS-nin kitab fondu 160982 nüsxədir.

Haqqında

Quba rayon mərkəzi kitabxanası 1932-ci ildə yaradılmışdır. 1978-ci ildə rayon kitabxanaları mərkəzləşdirilərək Quba rayon mərkəzləşdirilmiş kitabxana sistemi yaradılmışdır.
Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir. 2002-ci ildə Quba rayon mərkəzi kitabxanasında kənd rayonları arasında ilk dəfə olaraq Resurs-İnformasiya Mərkəzi-Kompyuter zalı açılmışdır.

Haqqında

Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Mərkəzləşmə işi Qubadlı rayonunda 1980-ci ildə başlayıb. Rayon Mərkəzi Kitabxanasında 4 şöbə var. 1993-cü il hesabatına görə, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaq, oxu zalı, 21300 oxucu kontingenti olmuşdu. 1993-cü il rayon işğal olunduqdan sonra Qubadlı rayon MKS öz fəaliyyətini Sumqayıt şəhərində yenidən qurmağa başlamışdır. Kitabxananın ilkin əsası 600 ədəd kitabla qoyulmuşdu. Hazırda kitab fondu 26 min nüsxədən çoxdur.

Haqqında

Qusar rayon Mərkəzi kitabxanası 1930-cu ildə yaranmışdır. 1979-cu ildə rayonda fəaliyyət göstərən bütün kitabxanalar mərkəzləşdirilərək Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Qusar rayon MKS-nə 75 kütləvi kitabxana daxildir. MKS-nin fondu 502.275 nüsxə ədəbiyyat təşkil edir.

Haqqında

Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi 94 kitabxanadan ibarətdir. MKS-də 962200 nüsxə kitab var. Mərkəzi kitabxananın hazırda 8 mindən artıq oxucusu var, kitab verilişi 165600 kitab nüsxəsi təşkil edir. Kitabxana fondlarından istifadə edən oxucuların sayı 73,6 min nəfərdir.

Haqqında

Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1979-cu ildən fəaliyyət göstərir. MKS-ın 100 kitabxana filialı vardır. Bunlar mərkəzi, mərkəzi uşaq kitabxanaları və 98 filialdan ibarətdir. Rayonun 919 min kitab fondu var. Rayon işğal olunduqdan sonra kitabxanalar məcburi köçkünlər üçün tikilmiş şəhərciklərdə yerləşdirilib.