Kitabxananın fəaliyyətinin əsas istiqamətləri - Kitablar və digər sənəd növləri üzrə fondlar formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası (AMK) Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. Hazırda Milli Kitabxanada (MK) 25 şöbə və 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. 2001-ci ildə kitabxanada Tədris Mərkəzi yaradılıb.
2005-ci ildə Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına (AMKKBT) üzvlüyə qəbul edilib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tabeliyindədir. Kitabxana 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılıb. Hazırda kitabxananın 214 568 kitab fondu, 7428 qəzet və jurnal fondu var. Kitabxananın 8 şöbəsi, 4 bölməsi və 2 oxu zalı var. 4 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tabeliyindədir. Kitabxana 1928-ci ildən fəaliyyətə başlayıb. Kitabxananin 8 söbəsi vardir.
Azərbaycan Respublikası Mili Məclisinin kitabxanası 1997-ci ildə yaradılıb.
Gözdən Əlillər üçün Respublika Kitabxanası 1 iyun 1981-ci ildə yaradılıb.