Masallı rayon Mərkəzi Kitabxanası 1924-cü ildə yaradılmışdır. 1978-ci ildə rayon kitabxanalarından Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.
Masallı rayon MKS-nin tərkibində 1 mərkəzi, 1 uşaq, 3 şəhər və 74 kənd kitabxana filialları fəaliyyət göstərir.
Mərkəzi kitabxanada 5 şöbə fəaliyyət göstərir.
Mingəçevirdə ilk kitabxana 1956-cı ildə yaradılmışdır. Kitabxana fəaliyyətə kiçik bir otaqda 4229 nüsxə kitabla başlamışdır. 1978-ci ildə şəhər kitabxanaları mərkəzləşdirilərək Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır. Mərkəzləşdirilmiş Kitabxana Sisteminə M.P.Vaqif adına Mərkəzi şəhər Kitabxanası, X.B. Natəvan adına Mərkəzi Uşaq Kitabxanası və 14 filial-kitabxana daxildir. M.P.Vaqif adına Mərkəzi Kitabxanada 4 şöbə fəaliyyət göstərir.
2005-ci ildə ABŞ Səfirliyinin Maliyyə dəstəyi ilə Mərkəzi Kitabxanada Regional Kitabxana Məlumat Mərkəzi açılmışdır. Mərkəzdə lokal şəbəkəyə qoşulmuş 5 kompyuter fəaliyyət göstərir.
N. Gəncəvi adına Naftalan şəhər Kitabxanası 1981-ci ildə yaradılıb.
Naxçıvan Muxtar Respublika Kitabxanası 1922-ci ildə şəhər kitabxanası kimi fəaliyyətə başlayıb, 1930-cu ildən etibarən isə muxtar respublika səviyyəli kitabxanaya çevrilib. Kitabxanada 270 min kitab, qəzet və jurnallar mühafizə olunur ki, bunların da 15 mindən artığı latın qrafikası ilə nəşr olunanlardır. Kitabxanda 10 şöbə, 4 bölmə və Kitabxana Şurası fəaliyyət göstərir. Kitabxanada 20 yeni kompyuter dəsti ilə təmin olunmuşdur. Hazırda Muxtar Respublikada 201-i kənd yaşayış məntəqələrində olmaqla 234 kütləvi kitabxana fəaliyyət göstərir.
Ən böyük kitabxanaları aşağıdakılardır;
Naxçıvan MR-in 7 inzibati rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemləri fəaliyyət göstərir (Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Şərur rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Ordubad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Sədərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Şahbuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (Şahbuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi mərkəzi kitabxana ilə yanaşı, 25 filialı və uşaq kitabxanasını əhatə edir), Culfa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi).
Elektron kitabxana
Elektron kitabxana - 2004-cü ildə Naxçıvan Dövlət Universiteti üçün istifadəyə verilmişdir. Kitabxananın fondunda 160 mindən artıq kitab var. Kitabxananın 4 oxu zalı, internet mərkəzi, sərgi bölməsi, dövri mətbuat fondu, cildxanası mövcuddur.
Naxçıvan şəhər Uşaq Kitabxanası 1960-cı ildə yaradılmışdır. Fondunda 174,948 çap vahidi vardır. Kitabxanada iki oxu zalı, müxtəlif profilli 3 dərnək fəaliyyət göstərir. 7.280 oxucusu var.
Neftçala rayon ərazisində kütləvi kitabxanalar ötən əsrin ortalarından fəaliyyət göstərir. 1975-ci ildə rayonun bir sıra kəndlərində fəaliyyət göstərən kitabxanalar Xıllı qəsəbə kitabxanası ətrafında mərkəzləşmişdir. 1977-ci ildə rayon Xıllı qəsəbə kitabxanası mərkəz funksiyasını daşımağa başlamışdır. Hazırda rayonda 1 mərkəzi kitabxana və 66 filial kitabxana fəaliyyət göstərir. Filial kitabxanalardan 63-ü kənd və qəsəbə, 3-ü isə uşaq kitabxanalarıdır.