0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəb Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşir.1961- ci ildə inşa olunaraq istifadəyə verilmişdir. 840 -yerlik məktəb 2 mərtəbəli 3 korpusdan ibarətdir. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərir. Məktəb şəhid müəllim Azər Namazovun adını daşıyır. 1710- nəfər şagirdin təlim- tərbiyəsi ilə 94 - müəllim məşğul olur. Məktəb 2006 -cı ildə “Heydər Əliyev” fondu tərəfindən təmir olunmuşdur.2007- ci ildə isə fond tərəfindən 3-cü korpus istifadəyə verilmişdir.Məktəb 2018-ci ildə də “Heydər Əliyev” fondu tərəfindən əsaslı təmir olunmuşdur. Həyətyanı sahə olduqca böyükdür. Müasir kompyüter kabinetləri şagirdlərin ixtiyarına verilmişdir.Dərslərdə elektron lövhələrdən istifadə olunur.Şagirdlərimiz həm elmi həm də idman sahələrində keçirilən müxtəlif müsabiqələrdə fəal iştirak edirlər. Məktəbin idmançıları müxtəlif ölkələrdə və Avropa Çempionatında layiqli yerlər tutmuşlar.Hər il tədris ilinin sonunda məzunlarımız ən nüfuzlu ali məktəblərə qəbul olunmuşlar

Haqqında

Bakı şəhəri 181 nömrəli tam orta məktəb 1965-ci ildən fəaliyyət göstərir. Məktəb 2011-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunub. 9 sentyabr 2011-ci il tarixdə əsaslı təmirdən sonra şəxsən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev məktəbimizdə olmuşdur. Məktəbin ilk direktoru Hüseynov Muxtar müəllim olmuşdur.Şagirdlərin təlim-tərbiyəsi ilə 123 müəllim məşğul olur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Aybəniz və ibtidai sinif müəllimi Əliyeva Sevda "Əməkdar müəllim" adı ilə təltif olunmuşlar. Məktəbin Azərbaycan dili müəllimi Aybəniz müəlllimə ümumtəhsil məktəblərinin rus bölməsi üçün "Azərbaycan dilində imla və ifadə mətnləri" metodiki tövsiyəsinin müəllifidir. İbtidai sinif müəllimləri Əliyeva Sevda və Haşımova İradə "I-IV siniflərdə ana dili fənindən kurikulumun tətbiqinə dair müəllim üçün vəsait" in müəllifləridir. Pedaqoji kadrlarla görülən iş əsasən təhsil prosesinin humanistləşdirilməsi və demokratikləşdirilməsi prinsiplərinə yiyələnmiş, yaradıcı ustalığa malik müəllim şəxsiyyətinin təşəkkülünə yönəldilmişdir. Bu müəllim və rəhbər işçilərin müxtəlif müsabiqələrdə qazandıqları nailiyyətləri özündə əks etdirir. Dərs ili ərzində müəllimlərin əksəriyyəti yaradıcılıq axtarişları istiqamətində fəaliyyətə və müxtəlif ixtisasartırma kurslarına cəlb olunmuş, onlara innovativ proseslərin tətbiqi üçün şərait yaradılmışdır. 2017-2018-ci tədris ilində 68 sinifdə 1695 şagird komplektləşdirilmişdir. 2 növbəlidir və 6 günlük iş həftəsi ilə işləyir.

Haqqında

182 №-li tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində məktəb əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Yeni təmirdən çıxmış məktəbin açılışında dövlət başçısı İlham Əliyev iştirak etmişdir. Məktəbdə tədris kabinetləri, laboratoriyalar daxil edilməklə 116 sinif otağı mövcuddur. Fizika, kimya, biologiya laboratoriyaları fəaliyyət göstərməkdədir. Kompüter otaqlarınınn sayı 5-dir. Məktəbin 287 işçisi var. Bunlardan 208-si müəllimdir (məktəb rəhbərlərindən başqa). Məktəbdə ümumilikdə 5102 şagird təhsil alır.

183 №-Lİ TAM ORTA MƏKTƏB

Haqqında

183 nömrəli tam orta məktəb 1937- ci ildən fəaliyyət göstərir. Məktəb 1200 yerlikdir. Üç korpusdan ibarətdir. Birinci korpus 1937-ci ildə, ikinci korpus 1974-cü ildə, üçüncü korpus isə 2006-cı ildə H.Əliyev fondu tərəfindən inşa edilmişdir. Məktəbdə üç informatika, iki fizika, iki kimya, iki əmək və bir biologiya kabinetləri, 52 sinif otaqları vardır. Məktəbin geniş idman zalı, kitabxanası, akt zalı, bufeti, müəllimlər otağı vardır. Məktəb 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmiş, tam yeni məktəb avadanlıqları ilə təchiz edilmişdir. Məktəbdə rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Pedaqoji heyət 66 nəfərdən ibarətdir: Onlardan 50 nəfəri ali təhsilli, 13 nəfəri isə orta ixtisas təhsillidir. 1 nəfər texniki elmlər namizədi vardır. Məktəb bir növbəli, beş günlük sistemlə işləyir. Ali məktəblərə qəbul göstəriciləri ildən-ilə artır.Məktəbdənkənar tədbirlərdə şagirdlər böyük bir uğura imza atmışlar: İctimai kanalın Təhsil Nazirliyi ilə birgə layihəsi əsasında keçirilən “Virtual rinq” telelayihəsində məktəbimizin XI sinif şagirdlərindən ibarət komanda Bakının qabaqcıl 25 məktəbi arasında önə çıxaraq superfinalın qalibi olmuşdur. Məktəbimizin İKT-dən bacarıqla istifadə edən müəllim və şagirdlərinin təşəbbüsü ilə qonşu 123 nömrəli məktəblə “Telekörpü” yaradaraq BŞTİ-nin keçirdiyi riyaziyyat aylığında xüsusi mükafata layiq görülmüşdür. Məktəb 2014 - 2015-ci tədris ilinə 874 nəfər şagird və 63 nəfər müəllim heyəti və 27 nəfər texniki heyətlə başlamışdır.

Haqqında

Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəb 1930-cu ildə Qaradağ rayonu Puta qəsəbəsində tikilərək istifadəyə verilib. 1 korpusdan ibarətdir və 3 mərtəbəlidir. Ərazisinin ümumi sahəsi 6 544 kvadrat metrdir. Məktəb fərdi istilik sistemi ilə təchiz olunub. Dövlət Proqramı çərçivəsində məktəb 2012-ci ildə əsaslı təmir edilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib. 184 nömrəli tam orta məktəb şəhid Kamran Yaqubovun adını daşıyır. Məktəbdə təlim dili-Azərbaycan dilidir. Xarici dil olaraq ingilis və rus dilləri tədris edilir. 300 şagird üçün nəzərdə tutulub. Hazırda məktəbdə məktəbəhazırlıq qrupu ilə birlikdə 592 şagird təhsil alır. 2016-2017-ci tədris ilindən məktəbdə məktəbəqədər hazırlıq kursları fəaliyyət göstərir. 184 nömrəli tam orta məktəb iki növbəlidir və 5 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə 17 sinif otağı, kimya, fizika labratoriyası, informatika kabineti, akt zalı, idman zalı, tibb kabineti və hərbi kabinet, iki ədəd "Promethean Aktivİnspare" ağıllı lövhə də şagirdlərin istifadəsinə verilib. 37 pedaqoji, 17 texniki heyət olmaqla məktəbdə 54 nəfər işləyir. Tədrisin keyfiyyətini artırmaq məqsədilə hər ay məktəbdə fənn aylıqları, bilik yarışları, monitorinqlər, "Açıq dərslər" keçirilir. Məktəbimizdə bütün tarixi günlər və tədbirlər yüksək səviyyədə qeyd olunur. Məktəbin həyətində Bayraq Meydanı inşa edilib. Məktəbimiz “Gələcəyini Qur” Gəncliyə dəstək layihəsi, “İcmalar üçün ingilis dili” layihəsi, “Ekoloji aylıqlar” layihəsi, “Məktəblilərin Təhsil Müzakirələri” debat klubları layihəsinə qoşulub.

Haqqında

Bakı şəhəri 185 nömrəli tam orta məktəb Xəzər rayonunda yerləşir. Məktəbin inşasına 1933-cü ildən qəsəbə sakinlərinin əməyi nəticəsində başlanmışdır.1936-cı ildən istifadəyə verilmişdir. Məktəb 1936-1958-ci illərdə 10 illik orta məktəb kimi fəalliyyət göstərmişdir. Lakin qəsəbənin sosial vəziyyətinin aşağı düşməsi ilə əlaqədar olaraq əhalinin çox hissəsi Şüvəlan qəsəbəsinə köçmüş ve əhalinin azalması ilə əlaqədar olaraq məktəb 1958-2005-ci illərdə 9 illik əsas məktəb kimi fəaliyyətini davam etdirmişdir. 79 il ərzində məktəbdə 8 nəfər direktor məktəbə rəhbərlik etmişdir. 2004-cü ildən Rzaquliyeva Esmira Oqtay qızı məktəbə rəhbərlik edir. 2005-ci ildən tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbin qədim binası istifadəyə yararsız olduğundan 2012-ci ildə yeni binanın tikintisinə başlanmış, 2013-cü ildə yeni bina şagirdlərin istifadəsinə verilmiş, köhnə bina isə tamamilə ləğv edilmişdir. Hal-hazırda məktəbdə 657 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 47 kadr məşğul olur.