0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəbimiz 1952-1953-cü illərdən fəaliyyətə başlamışdır. 1992-ci il 7 noyabrdan Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman Yuri Kovalyovun adını daşıyır. Məktəbin binası 3 mərtəbədən ibarətdir. Təlim 2 dildə - Azərbaycan və rus dilində və 2 növbədə keçirilir. 2010-2011-ci tədris ilində məktəb "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuş və 2011-ci ilin 28 iyununda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə "İlin məktəbi" adına layiq görülmüşdür. Məktəbimizdə 98 müəllim var. 2012-2013-cü tədris ilindən etibarən şahmat üzrə, 2015-2016-cı tədris ilindən etibarən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə pilot məktəb kimi fəaliyyətə başlamışdır. 2015-2016-cı tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23 iyun 2015-ci il tarixli, 697 nömrəli əmrinə əsasən məktəb "Sağlam təhsil-sağlam millət"; "Zərdabi-ibtidai sinif şagirdlərinin oxu bacarığının inkişafı" pilot layihələri üzrə işləyir. 2016-2017-ci tədris ilində məktəbimiz ümummilli lider H.Əliyev fondunun köməkliyi və Prezidentin sərəncamı ilə tam təmir olunmuşdur. Kimya, biologiya, fizika, informatika, texnologiya kabinetləri və geniş idman zalı şagirdlərin ixtiyarına verilmişdir. Belə təmirli və hər bir şəraiti olan məktəbdə işləyən müəllimlər və təhsil alan şagirdlər daha səylə çalışacaq və yeni tədris ilində yalnız müvəffəqiyyətlər qazanacaqlar.

Haqqında

Məktəbin əsası 1953-cü ildə qoyulmuşdur. Məktəb 1975-ci ildə yeni binaya köçürülmüşdür və 1176 şagird üçün nəzərdə tutulmuşdur. Məktəb 2006 – cı ildə Heydər Əliyev Fondu tərəfindən müasir standartlara cavab verə biləcək şəkildə təmir olunmuşdur. Otaqların ümumi sayı 48-dir. Bunlardan 37-si sinif otaqlarıdır. Məktəbdə tədris emalatxanası, idman zalı, idman meydançası, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı və bufet var. Məktəbdə radio fəaliyyət göstərir. Məktəbdə həmçinin, fizika, biologiya, kimya kabinetləri vardır. Məktəbdə tədris prosesi təcrübəli və peşəkar müəllimlər tərəfindən aparılır. Bir neçə sinifdə elektron lövhələr quraşdırılmış və tədris prosesində istifadə olunur. Azərbaycan və rus bölməsi ilə birlikdə məktəbdə ümumilikdə 47 sinifdə 1165 şagird təhsil alır. Biri rus bölməsi olmaqla 4 hazırlıq sinfi var. Əksər qəsəbə sakinləri demək olar ki, bu məktəbin məzunları olmuş, hal-hazırda da həmin məktəbin müəllim kollektivinin əksəriyyəti bu məktəbin məzunlarıdırlar. Məktəbdə tarixən yüksək səviyyəli tədbirlər təşkil olunub və hal-hazırda da bu ənənə davam etdirilməkdədir. Respuplikada tanınmış şəxslər və ziyalılar məktəbin qonağı olmuş və şagirdlərlə görüş keçirmişlər.

Haqqında

Bakı şəhəri 231 nömrəli Nadir Seyidrza oğlu Teymurov adına tam orta məktəb Pirallahı rayonu ərazisində yerləşir. Məktəb 1967-ci ildən fəaliyyət göstərir. 2011-ci ildə H.Əliyev fondunun dəstəyi ilə əsaslı təmir edilmişdir. Məktəb Qarabağ döyüşlərində şəhid olmuş, məzunumuz Nadir Seyidrza oğlu Teymurovun adını daşıyır. 231 nömrəli məktəb 480 yerlik bir korpusdan ibarət iki mərtəbəli binada yerləşir. Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub. Məktəb bir növbədə fəaliyyət göstərir, 5 günlük iş rejimi ilə işləyir. Məktəbdə müasir avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri, idman zalı, akt zalı, kitabxana, müəllimlər otağı, yeməkxana şagirdlərin ixtiyarına verilmişdir.

Məktəbdə nizam-intizam, qayda-qanun və tərbiyə əsas amillərdəndir. Müəllimlərin işlərinə məsuliyyətlə yanaşmanın nəticəsidir ki, şagirdlərin nailiyyətləri ilbəil artır. Məktəbdə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün də mütəmadi işlər görülür, silsilə tədbirlər keçirilir. İl ərzində çoxsaylı layihə, müsabiqə və yarışlar reallaşdırılır. Görülən bu işlər təlimin keyfiyyətinin və şagirdlərin müvəffəqiyyətinin təmin olunmasına xidmət edir.

Məktəb mühitində uğur qazanmaq üçün ilk növbədə rəhbərlik tərəfindən məqsəd və hədəflər düzgün seçilir, ümumi inkişafa xidmət edən qərarlar vaxtında və yerində verilir. Nailiyyətlər əldə etmək üçün həm də tədris prosesində düzgün vasitə və metodlardan istifadə olunur, sağlam pedaqoji kollektiv formalaşdırılır, şagird və valideynlərlə işin qurulmasına xüsusi fikir verilir. Məktəbdə müəllim və şagirdlərlə işin düzgün qurulması ilə yanaşı, valideynlərlə səmərəli əməkdaşlıq da təmin edilib. Tez-tez valideynlərlə görüşlər keçirilir, onların fikir və təklifləri dinlənilir. Məktəbdə 2022-2023-cu tədris ilindən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə "Rəqəmsal bacarıqlar" layihəsi həyata keçirilir. 2021/2022-ci tədris ilidə "Ən yaxşıməktəb saytı" müsabiqəsinin qalibi seçilib.

Haqqında

Suraxanı rayonu 232 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəbimiz şəhid Dilavər Məmmədzadənin adını daşıyır. 5 günlük iş rejimi ilə bir növbədə işləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində cari ildə 232 nömrəli məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir standartlara uyğun şəkildə təmir olunaraq lazımi avadanlıqla təchiz edilmişdir. 2014-cü tədris ilində isə yeni 300 yerlik bina, akt zalı, idman zalı tikilib istifadəyə verilmişdir. 232 nömrəli məktəbin məzunları arasında da Azərbaycanın nüfuzlu, adlı-sanlı ziyalıları, alim və yazıçıları, bəstəkar və şairləri, bir sözlə, Azərbaycanı ləyaqətlə təmsil edənlər çoxdur. Məktəbdə tədris Azərbaycan dilində həyata keçirilir. 2022-2023- cü tədris ilində 28 sinif və 2 məktəbə hazırlıq qrupunda 732 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 53 müəllim, 1 Uşaq Birliyi rəhbəri, 1 psixoloq məşğul olur. Məktəbin şagirdləri müxtəlif şəhər və Respublika olimpiadalarında, Beynəlxalq idman, musiqi, rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Məktəbimiz ötən dərs ilində bir çox nailiyyətlərə imza atdı, bir çox layihələrdə iştirak etdi və qaliblər arasında yer aldı. 2017-2018-ci tədris ilində “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə “Məktəb–icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Məktəb-icma klubu”nun yaradılması layihəsinin qalibi olduq. 2022/2023-cü tədris ilində “Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi”ndə “PhET interaktv simulyasiya platformasının Azərbyaycan məktəbləri üçün adaptasiyası” layihəsi ilə qalib oldu.

Bu ilki məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri də ürəkaçan oldu. Məzunlardan ali məktəblərə sənəd verən şagirdlər sırasından 23 nəfəri Respublikamızın və xarici ölkələrin müxtəlif ali məktəblərinə daxil olmuşlar.

Haqqında

Məktəb 1963-cü ildən birtipli layihə ilə tikilmiş, 960 şagird yerlik binada fəaliyyət göstərir.2008-ci ildə 12 otaqlı 240 şagird yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyevin adını daşıyır.Məktəbdə 110 nəfər müəllim çalışır.Bütün fənlər ixtisaslı müəllimlər tərəfindən tədris olunur.Cari dərs ilində məktəbdə 1509 nəfər şagird təhsil alır.Məktəbdə 11 sinifdən ibarət rus bölməsi mövcuddur.Məktəb 2 növbəli və 6 günlük iş rejimi ilə fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 4 may 2011 ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş " 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında tədbirlər planına əsasən (2.4.51) 2013-cü ildə Cəmil Niftəliyev adına 233 nömrəli tam orta məktəb binası əsaslı təmir edilmişdir.Hazırda məktəbdə ən müasir kompüter kabinetləri, kimya, biologiya,fizika laboratoriyaları,əmək təlimi otaqları fəaliyyət göstərir.Məktəbin biologiya kabineti Beynəlxalq Şlyumberje təşkilatının Rusiya və Orta Asiya regionu üzrə SEED proqramı çərçivəsində müsabiqənin qalibi olaraq ən müasir avadanlıqlarla və tədris ləvazimatları ilə təmin edilmişdir. Məktəb hər zaman özünün yüksək nəticələri ilə fərqlənmişdir.Demək olar ki, hər tədris ilinin sonunda məzunların əksəriyyəti Respublikamızın seçilmiş ali məktəblərində təhsil almaq hüququ qazanmışdır.Eyni zamanda şagirdlər nəinki təhsil sahəsində ,həmçinin idmanın müxtəlif sahələri üzrə yarışlar və çempionatlarda uğurları ilə seçilmişlər.

Haqqında

Bakı şəhəri Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəb 1953 - cü ildən fəaliyyət göstərir. Sonralar məktəb binası tələblərə cavab vermədiyi üçün 1980 – ci ildə 1176 yerlik yeni tipli məktəb binası tikilib istifadəyə verilmişdir. 2013 – cü ildə məktəb əsaslı təmir edilib. Məktəbin fizika, kimya, biologiya kabinetləri müasir tələblərə uyğun səviyyədə qurulub və əyani vəsaitlərlə təchiz edilib. Məktəbdə mövcud olan 3 İKT otağı isə yeni tipli kompüter və texniki vəsaitlərlə təmin edilib.

Məktəbdə təlim Azərbaycan dilində aparılır. 2022-2023 -ci dərs ilinin əvvəlində komplektləşdirilmiş 46 sinifdə 1241 şagird təhsil alıb. Məktəbdə 4 qrupda 103 uşaq olmaqla məktəbəhazırlıq qrupları fəaliyyət göstərib. Ümumilikdə məktəbdə 1344 şagird oxuyub. Məktəb iki növbəlidir.

Məktəbdə 2018- 2019-cu tədris ilindən "Rəqəmsal bacarıqlar", 2019-2020-ci tədris ilindən "Peşə təmayüllü siniflərin təşkili", 2020-2021-ci tədris ilindən "Məktəblinin dostu" layihələri həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"ndə məktəbin sabiq direktoru Könül Məmmədlinin "Mənim peşəm" layihəsi ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş, uğurla həyata keçirilmişdir.

Məktəbdə işləyən 60 müəllimdən 50 nəfəri ali, 10 nəfəri orta ixtisas təhsillidir. Məktəbdə təlim-tərbiyə prosesi yüksək tələbkarlıq və ciddi intizam əsasında qurulmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdir.

Tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran 2015-ci ilin məzunu Zərifə Həmzəyeva Bəhruz qızı qızıl medalla, 2020-ci ilin məzunu Sevinc Müslümova Vahid qızı gümüş nişanla təltif olunublar. Məktəbin onlarla məzunu buraxılış imtahanlarında 500-600-dən yuxarı bal toplayaraq respublikanın və dünyanın aparıcı ali məktəblərinə daxil olmuşdur. Hər il Bakı şəhərində keçirilən sərgi, müsabiqə, bilik yarışı və fənn olimpiadalarında şagirdlərimiz iştirak edir və layiqli yerlər tuturlar.