0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

107 nömrəli məktəb 1965-ci ildən məktəb kimi fəaliyyət göstərir. Birtiplidir. Məktəbin 24 sinfində 563 şagird təhsil alır. Dərslər Azərbaycan və rus dillərində aparılır. Məktəb 1992-ci ildə Ağdərənin Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuş şəhid Rasim Quliyevin adını daşıyır. Məktəb lazimi təchizatla təmin olunmuşdur, 1 binadan və 1tədris korpusundan ibarətdir. Məktəb 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsi tərəfindən əsaslı təmir olunmuşdur. Məktəbdə 1 kimya elmləri namizədi, 1 nəfər qabaqcıl təhsil işçisi, 1 ali kateqoriyalı və 48 nəfər I dərəcəli müəllim çalışır. Məktəbin əsas məqsədi və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə yanaşı, riyaziyyat, fizika, informatika fənlərinə xüsusi maraq göstərən, bu fənnlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına şərait yaratmaqdan, istiqamət verməkdən ibarətdir.

Haqqında

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb Maştağa qəsəbəsində yerləşir. Məktəbin binası 1934-cü ildə tikilərək ilk dəfə uşaq evi kimi fəaliyyətə başlamışdır. 1955-ci ildən bina 8 illik məktəb fəaliyyətinə uyğunlaşdırılmış, 1992-ci ildən isə orta məktəb statusunu almışdır. Məktəb 1996-cı ildən məzunumuz şəhid Cavid Nadir oğlu Nurməmmədovun adını daşıyır. 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 3 mərtəbəli yardımçı bina inşa edilmişdir. 2011-ci ildə isə Təhsil Nazirliyinin "Məktəblərin 2010-2015-ci illərdə əsaslı təmir etdirilməsi" layihəsi əsasında məktəb əsaslı təmir olunmuşdur. Müasir tədris vasitələri ilə təmin olunmuş bu təhsil ocağında 612 şagird yerlik və 28 sinif otağı var. Hazırda məktəbdə 40 sinif komplektində 1041 şagird təhsil alır. Pedaqoji işçi heyətinin sayı 63 nəfərdir. Dərslər Azərbaycan dilində tədris olunur. Məktəb 2 növbəli, dərslər 5 günlük tədris həftəsi üzrə keçirilir. Məktəbin pedaqoji və texniki işçi heyətinin əsas tərkib hissəsini məktəbin məzunları və yerli kadrlar təşkil edir. Məktəbdə sağlam mənəvi-psixoloji iqlim mövcuddur. Pedaqoji heyətin peşə ustalığının yüksəldilməsi işi uğurla aparılır. Valideyn-məktəb işi istiqamətində mütəmadi işlər həyata keçirilir. Şagirdlərin milli adət-ənənələri və vətənpərvərlik ruhunda tərbiyə olunmasına nəzarət edilir. Tədris olunan fənlər üzrə təlim nəticələrinin öyrənilməsi məqsədi ilə məktəbdaxili monitorinq aparılır. 2013-2014-cü tədris ilində qəbul faizi 78 % olmuş, 2 nəfər 500 baldan artıq, 1 nəfər isə 675 bal toplayaraq Respublikanın ən öndə gedən ali təhsil məktəblərinə qəbul olmuşlar. Hər il şagirdlər bilik yarışmalarında, müsabiqələrdə, Beynəlxalq idman yarışlarında fəal iştirak edir və müxtəlif mükafatlarla təltif olunurlar.

II Qarabağ müharibəsi zamanı məktəbimizin 3 məzunu -Rzayev Aslan, Tağıyev Kamran,Məmmədov İbrahim şəhidlik zirvəsinə ucalmışdır.

Haqqında

109 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Məktəb öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Təhsil Qanununu, müvafiq qanunvericilik aktlarını, ümumtəhsil məktəblərinin nümunəvi əsasnaməsini, bu Nizamnaməni və digər aidiyyatı normativ sənədləri rəhbər tutur. Məktəb 760 yerlik korpusdan ibarətdir. Məktəb bir növbəli və beşgünlük iş rejimi ilə işləyir. 2021/2022-ci tədris ilində 25 sinifdən (538 şagird) ibarətdir. Müəllimlərin sayı 66, şagirdlərin sayı 538 nəfərdir. 2016-cı ildə əsaslı təmirdən sonra istifadəyə verilməsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Haqqında

Bakı şəhəri Qaradağ rayonu Seyfulla Məmmədov adına 110 nömrəli tam orta məktəb 1973-cü ildən fəaliyyət göstərir. Məktəb 1176 yerlik şagird üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəbimizdə 960 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsilə 66 nəfər müəllim məşğul olur. Məktəb beşgünlük iş rejimi ilə birnövbəli işləyir. 2011-ci ildə məktəb əsaslı təmir edildi. Məktəbin həyətində müasir standartlara uyğun futbol, voleybol meydançası qurulmuş və süni otla döşənmişdir. Məktəbdə şagird partası, müəllim stol-stulu, şkaf, kompüter və s. müasir avadanlıqlar, əyani vəsaitlər, elektron lövhələr və “Mimio” ağıllı lövhələr quraşdırılmışdır. Milli kurikulumla əlaqədar məktəb müəllimlərinin hamısı treninqlərdən keçmişdir. 2010-cu ildə 2 müəllim yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar Bakı şəhərində təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək “Təlimçi” statusu almışdır. Məktəbimizin qabaqcıl müəllimləri Orucova Təranə Ağabala qızı, Rüstəmova Sevda Ərəstun qızı BŞTİ tərəfindən Fəxri fərmanla, Rüstəmov Samil, Rüstəmova Sevda, Hüseynova Sərvinaz, Rəhimova Günay, Qaradağ Rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla, Hüseynova Sərvinaz, Rəhimova Günay Azad Həmkarlar ittifaqı Qaradağ Rayon komitəsi tərəfindən pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandıqları uğurlara görə Fəxri fərmanla təltif ediliblər. 2012-2013-cü tədris ilində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 110 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” adını almışdır.

Haqqında

Bakı şəhəri Nəsimi rayon 111 nömrəli tam orta məktəbin binası 1966-cı ildə inşa edilmişdir. Hal-hazırda məktəb məktəbin məzunu, şəhid Rövşən Nəsirovun adını daşıyır. 2008-ci ildə 10 sinif otağından ibarət yeni tədris korpusu inşa edilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir edilmişdir. Məktəbdə 46 sinif otağı, 5 fənn kabineti, 3 laboratoriya, akt zalı, idman zalı, bufet, kitabxana mövcuddur. Eyni zamanda, məktəb sürətli internet şəbəkəsi ilə təchiz olunmuşdur. 2010-cu ildən etibarən məktəb şahmat dərsləri keçirilən pilot məktəblər layihəsinin iştirakçılarındandır. 2017/2018-ci tədris ilindən məktəbdə təmayüllü siniflər fəaliyyət göstərir.Məktəbin pedaqoji kollektivi 96 nəfərdən ibarətdir. 3 müəllim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İlin ən yaxşı müəllimi" elan edilmişdir. 2018/2019-ci dərs ilində məktəbdə 39 sinif üzrə 1214 şagird təhsil alır. 85 uşaq olmaqla 3(üç) məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır, xarici dil kimi ingilis, rus və fransız dilləri tədris olunur. Məktəbdə günüuzadılmış qrup fəaliyyət göstərir. Məktəb 5 günlük iş rejimi ilə işləyir. Məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır. Məktəbdə keçirilən məktəbdaxili və sinifdənxaric tədbirlər, müsabiqə və yarışlar şagirdlərimizin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir.

Haqqında

1934-cü il bünövrəsi qoyulmuş köhnə bina Heydər Əliyev Fondu tərəfindən tamamilə sökülmüş və yerində 2005-ci ildə iki mərtəbəli yardımçı bina, 2013-cü ildə isə üç mərtəbəli əsas korpus ucaldılımışdır.Bina müasir tələblərə cavab verən infrastruktura malikdir.Məktəbdə 56 müəllim 871 şagirdin tərbiyəsi ilə məşğul olur.Təhsil Nazirliyinin "Heydər Əliyev Uşaqların gözü " ilə inşa müsabiqəsinin I dərəcəli diplom və mükafatına layiq görülmüş ,Bakı Şəhər İcra başçısının I dərəcəli diplomuilə təltif olunmuş,Respublika statistik məlumatlarında ali məktəblərə qəbul üzrə yüksək bal toplamış şagirdlərimiz olmuşdur.Bakı şəhəri üzrə olimpiadanın II turunda tarix fənni üzrə II yeri tutmuş və respublika olimpiadasına vəsiqə almış həmçini ədəbiyyat və biologiya fənləri üzrə II yer tutmuş şagirdlərimiz olmuşdur.İdman üzrə nailiyyətlərimiz çoxdur.Belə ki,beynəlxalq yarışlarda müxtəlif idman növləri üzrə I və II yerləri tutmuş şagirdlərimiz vardır. Bir çox müəllimlərimiz ixtisasartırma kurslarında uğur sertifikatları almış və təlimçi olmaq hüququnu qazanmışlar.Məktəbimizin infrastrukturu son 2 ildə müasir tələblərə cavab verdiyi üçün artıq ilin məktəbi və ilin ən yaxşı müəllimi müsabiqələrinə də qatılmaq niyyətindəyik.2020-ci ildə məktəbimizə Azərbaycanın mühəndis -geoloqu, geologiya-mineralogiya elmləri doktoru , professor, AMEA-nın həqiqi üzvü , Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin geologiya, geofizika yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Akademik Xoşbəxt Yusifzadənin adı verilmişdir.