0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

101 nömrəli tam orta məktəbin binası keçən əsrin 30-cu illərində inşa edilmişdir. 1937-1938-ci dərs ilindən məktəb kimi fəaliyyətə başlamışdır. Böyük Vətən müharibəsi dövründə bu binadan hərbi hospital kimi istifadə olunmuşdur. Məktəb qəsəbənin sakini, bu məktəbin məzunu, müharibədə vətən yolunda qəhrəmancasına həlak olmuş Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədovun adını daşıyır. Məktəbin həyətində onun büstü qoyulmuşdur. Məktəbin məzunları arasında alim, mühəndis, həkim, incəsənət xadimi, 20 Yanvar şəhidi və Qarabağ şəhidləri vardır.

2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 1055 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olur.

Məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

Məktəbin həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.

Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb.

Haqqında

Bakı şəhəri M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb 1964-cü ildə tikilib istifadəyə verilmişdir.

1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1993-cü il tarixli, 516 №-li qərarına əsasən, görkəmli pedaqoq Mirzə Xosrov Axundzadənin adını daşıyır.

2011-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub, strukturu dəyişdirilib.

Fəaliyyət göstərdiyi dövrdən bir çox uğurlara imza atan təhsil ocağı 2010-2011-ci tədris ilində "50 ən yaxşı məktəb" müsabiqəsinin qalibi olub, diplomla təltif edilib.

2018-2019-cu tədris ilində məktəb üzrə 1372 nəfər şagird təhsil alır, 80 nəfər 3 məktəbəhazırlıq qrupunda oxuyur. Şagirdlərin təlim tərbiyəsi ilə 113 nəfər müəllim heyəti məşğul olur. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir; təlim Azərbaycan və rus dillərində aparılır. Məktəb 2 növbəlidir, 5 günlük iş rejimi ilə işləyir. "Təhsil haqqında qanun"a uyğun olaraq təhsil 3 pillədən ibarətdir. İbtidai təhsil pilləsi I-IV sinifləri, ümumi orta təhsil pilləsi V-IX sinifləri, tam orta təhsil pilləsi X-XI sinifləri əhatə edir. Tədrisin hər üç pilləsində şagird şəxsiyyətinin formalaşdırılması Azərbaycan Respublikasının ümumi təhsil məktəblərinin nümunəvi "Əsasnaməsi"nə uyğun aparılır.

Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları vardır. Sinif otaqları, dəhlizlər kamera vasitəsi ilə izlənilir.

Tədris prosesində İKT avadanlıqlarından; kompüter, "ağıllı" lövhələr, noutbook və proyektorlardan istifadə olunur.

Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.

Məktəbin I siniflərinə şagird qəbulu elektron qaydada aparılır. Azərbaycan və rus bölməsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

Məktəbdə yüksək təhsil mühitinin yaradılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərə əsaslı bilik verməklə yanaşı onların müstəqil düşüncəyə malik yüksək mənəviyyatlı və milli – mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşdırılmasına, vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.

Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya”, “Bacarıqlı əllər”, “Gənc riyaziyyatçılar” “İngilis dili” və idman dərnəklərı fəaliyyət göstərir.

Mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, ekskursiyalar təşkil edilir. Məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində keçirdiyi "Ekoloji aylıqlar", "Məktəb icması", "Kiçik Akademiya" layihələrinə qoşulub və uğurlu nəticələr əldə edib.

Məktəb saytı 2017-ci ilin may ayında ümumi təhsil müəssisələri arasında keçirilən "Ən yaxşı məktəb saytı" müsabiqəsinin may ayı üzrə qalibi olub.

2017-2018-ci tədris ilində məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar" üzrə 1-ci qrant müsabiqəsində "Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" layihəsi ilə qalib olub və layihə uğurla icra edilib.

2016-2017-ci və 2017-2018-ci tədris illərində XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə görə reytinq cədvəli üzrə irəliləyərək Bakı şəhəri üzrə 55-ci, Binəqədi rayonu üzrə isə 5-ci yeri tutub və "Yaxşı nəticəli məktəb" statusu alıb.

Məktəb kollektivi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində keçirdiyi "Ekoloji aylıqlar" layihəsi çərçivəsində keçirilən müsabiqələrdə fəal iştirak edərək II və III yerləri tutub.

Pedaqoji kollektiv "Müəllim – şagird - valideyn əməkdaşlığının səmərəli təşkili təhsilin keyfiyyətinin əsas şərtidir" devizi altında fəaliyyətini davam etdirir.

Haqqında

Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 103 nömrəli məktəbin təməli 1950 ci ildə qoyulmuşdur .İlkin vaxtlarda 7 illik təhsil səviyyəsi üzrə fəaliyyət göstərmişdir .1997- ci ildən tam orta təhsilə keçilmişdir . 2011 - ci ildə AR Prezidenti Fondunun köməkliyi ilə 640 yerlik yeni məktəb binası inşa olunmuşdur . Hazırda məktəbimizdə 1363 şagird təhsil alır .Bu şagirdlərin təlim-tərbiyəsi ilə 74 müəllim məşğul olur . Məktəbimizin fəal şagirdləri hər il müxtəlif bilik yarışlarında , fənn olimpiadalarında, inşa yazısı müsabiqələrində iştirak edirlər. İldən - ilə ali məktəblərə qəbul olan şagirdlərin sayı artmaqdadır .

Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları var.

Tədris prosesində İKT avadanlıqlarından, kompüter, “ağıllı” lövhələr, noutbuk və proyektorlardan istifadə olunur. Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.

Vətənimizin dar günündə bütün xalqımız ayağa qalxmışdı. Əlbəttə bunların içərisində bizim məktəbimizin məzunları da var idi. Onlar Vətənimizin dar günündə əllərinə silah alıb qəhrəmanlıqlar göstərdilər. Onlar Vətən uğrunda canlarından hər an keçməyə hazır idilər. Onların içərisində şəhidlik zirvəsinə ucalan Taleh Daşdəmirov və Həci Hüseynovu xüsusi qeyd etmək lazımdır.

Haqqında

Bakı şəhəri Suraxanı rayonu N.Rəfiyev adına 104 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib istifadəyə verilib. 2011-ci ildə "İlin məktəbi" layihəsinin qalibi olub. 2012-ci ildə əsaslı, yüksək səviyyədə təmir olunub. Əsas binadan əlavə 3 yardımçı korpus tikilib şagirdlərin istifadəsinə verilib. Məktəb birnövbəli olaraq, kurator məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 162 nəfər müəllim çalışır, 85 sinifdə 2129 nəfər şagird təhsil alır. Məktəb "Şahin", "Cəsurlar" hərbi idman yarışlarının qalibi olmuşdur. Məktəbdə bir neçə “Filologiya üzrə Fəlsəfə Doktoru” və "Əməkdar Müəllim" adına layiq görülmüş müəllimlər çalışır. Məktəbdə 7 kabinet, 3 laboratoriya şagirdlərin öhdəsinə verilib.

Haqqında

Bakı şəhəri Qaradağ rayonundakı 105 nömrəli tam orta məktəb 1965-ci ildən orta məktəb, 2010-cu ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəb müxtəlif tədbirlərdə xüsusi nominasiyalara layiq görülüb.2008-ci ildə məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Məktəbin pedaqoji kollektivi 30 nəfərdən ibarətdir. Pedaqoji kollektivin üzvlərindən bir neçəsi dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi,Qaradağ Rayonu İcra Hakimiyyəti,Həmkarlar Komitəsi tərəfindən gənc nəslin təlim - tərbiyəsində göstərdikləri xüsusi fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif olunub. Hal-hazırda məktəbdə 378 şagird təhsil alır və ildən-ilə şagirdlərin sayı artır.Məktəbin şagirdləri idman yarışlarında, mədəni kütləvi tədbirlərdə fəxri fərmanlarla, tərifnamələrlə təltif olunublar. Hər il məktəbin 11-ci sinfindən məzun olan şagirdlərimizdən respublikamızın ali və orta ixtisas məktəblərinə qəbul olunanların sayı da ildən-ilə artan tendensiya üzrə davam edir.

Haqqında

106 nömrəli tam orta məktəbin yeni binası 1974-ci ildə inşa edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə Bakının 35 məktəbində rus dili əsas fənn kimi tədris olunmağa başlamışdır.Bu lahiyədə 106 nömrəli məktəb də iştirak edir.Məktəbin 1-9-cu siniflərində rus dili əsas fənn kimi tədris olunur. 2006-cı ildə Təhsil Nazirliyi tərəfindən 30 sinif otağından ibarət 2 əlavə korpus tikilmişdir.Məktəbin 135 müəllimdən ibarət kadrı var. Məktəbdə 1513 şagird təhsil alır. 2013-cü ildə Türkiyədə azyaşlılar arasında keçirilən musiqi yarışında məktəbin şagirdi 1-ci yer tutmuşdur. Daha bir şagird 2011-ci ildə Fransada Avropa üzrə keçrilən karate çempionatında 1-ci yer,dünya cempionatında 3-cü yerin sahibi olmuşdur.Onlarla müxtəlif yarışlarda uğurlu nəticələr əldə etmiş şagirdlər məktəbin fəxridir.