Məktəb 1966-cı ildən fəaliyyət göstərir, 1993-cü ildən məktəbin məzunu- Qarabağ döyüşlərində şəhid olmuş Dərdayıl Cəbrayılovun adını daşıyır.Sonuncu dəfə 2011-ci ildə H.Əliyev Fondu tərəfindən əsaslı təmir olunan məktəb bir əsas -dörd mərtəbəli, bir yardımçı - ibtidai siniflər üçün iki mərtəbəli binadan ibarətdir. Məktəbin avadanlıq və əyani vəsaitlərlə təmir olunmuş dörd kompüter, biologiya, kimya, fizika kabinetləri,iki əmək emalatxanası vardır. Məktəbdə 752 şagird və onların təlim-tərbiyəsi ilə məşğul olan 48 müəllim fəaliyyət göstərir. Məktəbin şagirdləri Xəzər rayon İdman və Gənclər,Ombudsman Aparatı,FHN tərəfindən keçirilmiş müxtəlif müsabiqə və yarışlarda iştirak edərək yüksək yerlərə layiq görülmüşlər. Məktəbin məzunları respublikamızın, eləcə də xarici ölkələrin müxtəlif ali məktəblərində təhsillərini davam etdirirlər.
Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin əsası 1924-cü ildə kənd camaatının əməyi ilə inşa olunmuş binada qoyulmuşdur. Bir neçə siniflə fəaliyyətə başlamış məktəb sonradan şagirdlərin sayının artması ilə əlaqədar əvvəlcə 2 növbədə, sonra isə 3 növbədə fəaliyyət göstərmişdir. Yaranmış vəziyyət nəzərə alınaraq 1960-cı ildə məktəbin 480 yerlik yeni binası tikilmiş və 1961-ci ildə məktəb həmin binaya köçürülmüşdür. Məktəb 1999-cu ildən məktəbin məzunu 20 Yanvar şəhidi Nüsrət Yaqubovun adını daşıyır. 2012-ci ildə həmin bina Heydər Əliyev Fondu tərərfindən əsaslı təmir olundu, əlavə 36 otaqdan ibarət 3 mərtəbəli tədris korpusu, 172 yerlik akt zalı, müasir tələblərə cavab verən idman zalı, 96 tamaşaçı yeri olan stadion, voleybol, basketbol və idman meydançaları yaradıldı. Məktəbin 480 yerlik şagird tutumu genişləndirilərək 1404 yer ilə əvəz olundu.
Məktəb şəhid Əmirəhməd Quliyevin adını daşıyır.121 №li tam orta məktəb 1934-cü ildən fəaliyyətə başlamış,9 sinif otağından ibarət olmuşdur.1995-ci ilədək məktəb natamam orta məktəb statusunda olmuşdur.1995/96-cı tədris ilindən tam orta məktəb statusunu almışdır.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəbin köhnə birmərtəbəli yardımçı binası sökülərək yerində üçmərtəbəli 640 şagird yerlik bina tikilmişdir.2012-ci ildə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə məktəbin köhnə əsas binası sökülərək,yerində İdman və akt zalları ilə birgə 2 mərtəbəli 21 sinif otağından ibarət əsas korpus inşa edilmiş və 14 sentyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və xanımı - Millət vəkili Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuşdur.Həmin ildə cənab Prezidentin Sərəncamı ilə 2007-ci ildə inşa edilmiş 3 mərtəbəli korpusun təmirinə başlanmışdır.2014-cü ilin avqust ayının 23-də Dövlət başçısı Cənab İlham Əliyevin iştirakı ilə həmin binanın da açılışı olmuşdur.Hal-hazırda məktəbin maddi-texniki bazası möhkəmləndirilmişdir.Belə ki,məktəbdə müasir tələblərə cavab verən fizika,kimya,biologiya,hərbi,2 informatika kabinetləri fəaliyyət göstərir.Məktəb 1260 yerlikdir.2016/2017-ci dərs ilində məktəbdə İbtidai siniflər üzrə 2 fərdi qrup,4 məktəbə hazırlıq sinifləri daxil olmaqla 60 sinif fəaliyyət göstərir.Məktəb üzrə 1629 şagird təhsil alır.Bütün sinif otaqlarının tərtibatı yüksək səviyyədədir. Məktəbdə 70 müəllim fəaliyyət göstərir.Bunlardan 43 müəllim ümumi və tam orta təhsil üzrə,27 müəllim isə ibtidai siniflərdə çalışır.
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2006-ildə Heydər Əliyev fondu tərəfindən yeni məktəb binası tikilmişdir. 2020-ci ildə məktəb Heydər Əliyev Fondu tərərfindən əsaslı təmir olunub və 2 mərtəbəli korpus artırılıb. Məktəbdə hal-hazırda 16 nəfər müəllim işləyir, 98 şagird təhsil alır. Məktəbimiz 5 gün günlük iş rejimi ilə 1 növbədə fəaliyyət göstərir.
Məktəb 1894-cü il sentyabr ayının 27-də Bakının Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib başa çatmışdır. Əvvəlcə məktəb imkanı zəif olan şagirdlər üçün iki sinifli bağçılıq məktəbi kimi fəaliyyətə başlamışdır. Burada təhsil alan oğlan uşaqları bağçılıq sənətinin müxtəlif sirlərinə yiyələnirdilər. 1918-ci ildə erməni işğalçılarının Bakıda və onun ətraf kəndlərində törətdikləri vəhşiliklər zamanı məktəb azərbaycanlı döyüşçülərin qərargahına çevrilir. 1920-ci ildə Azərbaycanda Sovet höküməti qurulduqdan sonra 1941-ci ilə kimi məktəb dörd illik ibtidai məktəb kimi fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə məktəbin binasında hərbi hospital fəaliyyət göstərmişdir. İkinci Dünya müharibəsindən sonra məktəb səkkizillik məktəbə çevrilmiş, 1978-ci ildən etibarən isə onillik orta məktəb kimi fəaliyyətə başlamışdır. Hazırda məktəb onbirillik orta məktəb kimi fəaliyyət göstərir. Məhşur yazıçı Qılman İlkin, akademik Fuad və Feyzulla Qasımzadələr, Azərbaycanın bir sıra digər görkəmli elm, incəsənət və mədəniyyət xadimləri bu məktəbin yetirmələri olmuşlar.
F.Gözəlov adına 124 nömrəli tam orta məktəb Bakı şəhəri Xəzər rayonunda yerləşir. Məktəb 1920-ci ildə N.Məmmədov küçəsi 1ünvanında birtipli, 520 yerlik binaya köçürülmüşdür.1989-ci ildə məktəb orta məktəbə çevrilmişdir və 2014-cü il 15 sentyabrda isə həmin ünvanda fərdi layihə ilə tikilmiş analoqu olmayan binada fəaliyyətini davam etdirməyə başlamışdır. Məktəb binası 1560 yerlik olub,dörd mərtəbəli,dörd korpusdan ibarətdir. Məktəbdə 115 müəllim çalışır.Hal-hazırda məktəbdə 2178 nəfər şagird təhsil alır. Məktəbi bitirən məzunlardan hər il 40-50% ali məktəblərə daxil olur. Məktəb şagirdləri və müəllimləri müxtəlif müsabiqə və yarışlarda fəallıq göstərir.