0702133333

0702133333

Qarlı havada şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir - RƏSMİ
21.02.2025 10:20

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində əvvəlki günlərlə müqayisədə ciddi azalma müşahidə edilmir.

”Report” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

”Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar, xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik”, - məlumatda bildirilib.