0702133333

0702133333

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
22.02.2025 14:44

Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatı və “BDU könüllüləri”nin nəzdində fəaliyyət göstərən “Şərq Ölkələri Klubu”nun təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.Universitetdən AZƏRTAC-a bildirilib ki, fakültənin dekan müavini Şahin Yusifli, Filologiya fakültəsinin müəllimi Qismət Cəfərov, “BDU könüllüləri” təşkilatının fakültə üzrə sədri Teymur Əsədov çıxışlarında müasir dünyanın dil mənzərəsindən, qloballaşmanın milli dillərə təsirindən, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, dilimizin xarici təsirlərə qarşı müqavimət dərəcəsinin güclü olmasından söz açıb, dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dil quruculuğundan bəhs ediblər.Tədbirdə Azərbaycan dilinin inkişafı ilə bağlı ədəbi nümunələr diqqətə çatdırılmaqla yanaşı, ərəb, fars, türk, urdu, Çin və digər dillərdə çıxışlar edilib, bu dillərin tarixi, inkişafı və əhəmiyyəti vurğulanıb.