”Regional İnkişaf” İctimai Birliyi (RİİB) Azad Mirzəcanzadə İnkişaf Proqramı çərçivəsində universitetlərdə təqdimatlara başlayır.
Bu barədə ”Report”a Birlikdən məlumat verilib.
Bildirilib ki, proqramın əsas məqsədi çevik düşüncə tərzinə malik, innovativ ideyalara və dayanıqlı inkişaf arzularına sahib istedadlı gəncləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Seçilmiş iştirakçılar üçün 5000 manatadək maliyyə dəstəyi, peşəkar təlimlər və liderlik bacarıqlarını artırmaq üçün müxtəlif imkanlar təqdim olunacaq.
Hazırda proqramın yeni mərhələsi çərçivəsində ölkənin müxtəlif universitetlərində təqdimatlara start verilir. Tələbələr bu görüşlərdə iştirak edərək proqram haqqında ətraflı məlumat əldə edə, seçim prosesi və şərtlər barədə suallarını ünvanlaya bilərlər.
Bizim WhatsApp kanalımıza abunə olun