“SaaS” və “Fintech” təsisçilərinin diqqətinə! Agentliyimiz, “PAŞA Holding” və “SABAH.HUB”ın birgə tərəfdaşlığı ilə “Startup Wise Guys” tərəfindən həyata keçirilən “Azərbaycan SaaS və Fintech Akselerasiya Proqramı”na müraciət tarixi uzadıldı! Son müraciət tarixi: 24 yanvar 2025-ci il, Bakı vaxtı ilə saat 15:00. İddialı startaplara fəaliyyətlərini növbəti səviyyəyə qaldırmaq üçün nəzərdə tutulan bu bənzərsiz proqrama qoşulmağa tələsin. Niyə müraciət etməlisiniz? İnvestisiya fürsəti €50,000 məbləğində investisiyaya sahib olmaq şansını əldə edin. Dünya səviyyəli mentorluq “SaaS” və “Fintech” sahəsində təcrübəli ekspertlərdən biznesinizi inkişaf etdirmək üçün dəstək alın. Qlobal əlaqələr İnvestorlar, sənaye liderləri və mentorlarla uzunmüddətli əlaqələr qurun. Hibrid format 12 həftəlik onlayn proqram və ardından Bakıda keçiriləcək 2 həftəlik intensiv təlimlərdə iştirak edin. Startapınızı maksimum potensialına çatdırmağa hazırsınız? Elə indi müraciət edin və startapınızın real inkişafına başlayın! Müraciət et