0702133333

0702133333

BMU-da Vətən müharibəsi qaziləri ilə tələbələrin görüşü təşkil olunub
07.11.2024 14:34

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Qarabağ” klubunun təşkilatçılığı ilə “Qəhrəmanını tanı” adlı tədbir keçirilib.BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 44 günlük Vətən müharibəsi dövrü ilə bağlı videoçarx nümayiş olunub.Tədbirdə çıxış edən “Qarabağ” klubunun sədri Nihad Süleymanov Vətən müharibəsinin canlı şahidləri ilə təşkil edilən belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda yetişməsindəki rolunu vurğulayıb.Sonra Füzuli, Şuşa, Ağdərə, Qubadlı, Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərən qazilərdən gizirlər - Kənan Quliyev, Ramin Şirinov, Salman Xudaverdiyev və çavuşlar - Əsgər Əhmədov, Qafar Məmmədəliyev, Vüsal Qəhrəmanov çıxış ediblər. Vətən müharibəsi iştirakçıları tələbələrə keçdikləri döyüş yolundan, müharibə dövründə Ordumuzun göstərdiyi rəşadətdən danışıblar.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.