0702133333

0702133333

ürkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni - QƏRAR
16.10.2024 09:51

Elm və Təhsil Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayı barədə təkliflərini hər tədris ili üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidir.Azərbaycanın bu universiteti dünyanın ən yaxşı universitetlərinin fənn reytinqləri siyahısındaTehsil.biz xəbər verir ki, bu barədə “Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 sentyabr tarixli Sərəncamının icrasının təmin edilməsinə dair Nazirlər Kabinetinin Sərəncamında bildirilir.Sərəncama əsasən, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidirlər.Mərkəzi icra hakimiyyəti orqanları beş aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycanın Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.