0702133333

0702133333

BDU ilə Şərqi Qazaxıstan Universiteti birgə layihələr həyata keçirəcək
16.10.2024 12:07

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universiteti arasında anlaşma memorandumu imzalanıb.BDU-dan Tehsil.biz-ə  bildirilib ki, memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda, elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.Sənədi BDU-nun rektoru Elçin Babayev və Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Tologen Mukhtar imzalayıblar.Qeyd edək ki, 1952-ci ildə əsası qoyulmuş Sarsen Amanjalov adına Şərqi Qazaxıstan Universiteti Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitet “QS Mərkəzi Asiya reytinqi”ndə 24-cü pillədə qərarlaşır.