0702133333

0702133333

Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
29.09.2024 06:46

Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb.

”Report”un Muğan bürosunun məlumatına görə, yeni siniflər rayonun Xırmandalı kənd 2 nömrəli tam orta məktəbində, Əsgərabad kənd tam orta məktəbində və Biləsuvar şəhəri 2 nömrəli tam orta məktəbində təşkil olunub.

Bildirək ki, bu vaxta qədər rayonun digər 4 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib və sözügedən siniflərin sayı bununlada 7-yə çatıb.

Qeyd edək ki, 7 məktəbdə təşkil olunan bu tip siniflər ümumilikdə 11 sinif olmaqla, 202 şagirdi əhatə edib.