0702133333

0702133333

Debitorlar idarəolunması üzrə təcrübəçi vakansiyası
28.09.2024 10:03

Debitorlar idarəolunması üzrə təcrübəçi vakansiyası  Vəzifə və öhdəliklər: •  Sığorta müqavilələri üzrə sığorta haqqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi; •  Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması; •  Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi; •  Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə  və ya hesablara yönləndirilməsi; •  Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası; •  Analitik hesabatların hazırlanması; •  Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi; •  Mövcud siyasətin davamlı qiymətləndirilməsi və prosesin təkmilləşdirilməsi üçün tövsiyələr vermək; •  Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.   Biliklər: •  Ali təhsil: Maliyyə və kredit, Bank işi, İqtisadiyyat, Mühasibat uçotu və ya oxşar sahə üzrə; •  Təcrübə: Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində arzuolunandır; •  Dil bilikləri: Azərbaycan, ingilis və rus dili üzrə səlis yazılı və şifahi biliklər •  Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər.   Bacarıqlar: •  Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı; •  Səlis danışıq qabiliyyəti; •  Vaxt idarəetmə bacarığı; •  Məlumatların məxfiliyinin qorunub saxlanılması; •  Detallara diqqət və analitik bacarıqlar; •  Təşəbbüskarlıq; •  İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı; •  Stres altında işləmək qabiliyyəti.   Son müraciət tarixi: 27.10.2024 Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected]  ünvanına göndərin.